Kriştiano Ronaldo karyerasında növbəti unikal göstəriciyə nail olub.
"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in Səudiyyə Ərəbistanı liqasının 5-ci turunda “Əl-Fateh”i 5:1 hesabı ilə məğlub etdiyi oyun onun üçün əlamətdar olub.
40 yaşlı hücumçu bu oyunda klub səviyyəsində vurduğu qollarının sayını 800-ə çatdırıb. O, futbol tarixində bu həddə çatan ilk futbolçudu! Portuqaliyalı “Real”da 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Əl-Nəssr”də 99, “Sportinq”də isə 5 qol vurub.
Əlavə edək ki, “Əl-Fateh”ə vurduğu qol Kriştianonun karyerasında ümumilikdə 949-cu olub.