Nəhayət, Romelu Lukaku bu il ilk qollarının sevincini yaşayıb.
O, “Vulverhempton”la oyunda dubl edib. Uzun müddətdən sonra premyer-liqa matçında start heyətində meydana çıxan belçikalı hücumçu 56-cı dəqiqədə penalti ilə hesabı açandan 138 saniyə sonra “Çelsi”nin üstünlüyünü iki topa çatdırıb. Lukaku ölkə çempionatında sonuncu dəfə ötən il dekabrın 29-da “Brayton”un (1:1) qapısına yol tapmışdı.
Romelunun qolları bu dəfə də komandasına qələbə gətirməyib. “Vulverhempton” son dəqiqələrdə məğlubiyyətdən qaça bilib – 2:2.