Aspilikueta hə, Lukaku isə yox

12.04.2022 16:45 537
Dünya futbolu
“Çelsi”nin bəzi futbolçularının son durumuna aydınlıq gəlib.

Romelu Lukaku Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab oyununu buraxacaq. Bu barədə açıqlama verən londonluların baş məşqçisi Tomas Tuxel belçikalı hücumçunun dabanından zədə aldığını bildirib. Bir neçə gün əvvəl COVID-19 testi müsbət çıxan Aspilikuetanın isə oynamaq şansı olacaq.

“Real” – “Çelsi” matçı bu gün keçirilək. Bu komandalar arasında Londonda ötən həftə baş tutan ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.