Romelu Lukaku bu yay “Çelsi”ni tərk edə bilər.
28 yaşlı belçikalı futbolçu artıq “zadəganlar”dan ayrılmaq arzusunu komanda yoldaşlarına bildirib, hətta onlarla vidalaşıb. O, 2019-21-ci illərdə çıxış etdiyi “İnter”ə dönmək istəsə də, İtaliya klubunun rəhbərliyi hücumçunu geri qaytarmağın maliyyə cəhətdən çətin olduğunu düşünür.
Belçika millisinin üzvü “Çelsi”yə ötən ilin avqustunda satılıb. Son xəbərlərdə Romelunun “İnter”in əzəli rəqibi “Milan”a və PSJ-yə üz tuta biləcəyi qeyd edilir.