• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ağacan Əbiyev ərizəmizin üstünə yazdı ki, ya futbol oyna, ya da dərs oxu” – LAYİHƏ

Ölkə futbolu / Layihə

24-04-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz müəyyən mənada həmkarımız da sayıla bilər. Bir vaxtlar idman mediasının sıralarında olan Mehdi İbrahimov hazırda məşqçiliklə məşğuldu. O həm qadın futbolçular, həm də uşaqlar ilə məşğul olur. Belədə bu sahənin problemlərini də yaxşı bildiyinə şübhə yoxdu. Söhbət maraqlı alındı, ya yox – buna artıq siz qərar verin.

- Mehdi bəy, imzanızı bir vaxtlar idman mediasında görürdük. Qısa müddət sonra məşqçi kimi tanınmağa başladız. Bu keçid necə reallaşdı?

- Mən uşaq vaxtından futbolla məşğul olmuşam. Hazırda “Şamaxı” adlanan, həmin vaxt “İnter” olan komandanın uşaq komandalarında məşq etmişəm. “İnter”in U-14 komandasından U-17 komandasına qədər forma geymişəm. 17 yaşımda Salyanı təmsil edən “NBC” komandasının əvəzedici heyətinə cəlb olundum. Orda təxminən yarım mövsüm çıxış etdim. Məşqçiliyə də həvəs vardı, daim öyrənmək istəyirdim. Ona görə də sənədlərimi İdman Akademiyasına verdim. Akademiyaya qəbul olundum. Gördüm ki, ikisi bir yerdə alınmır. Əvəzedici heyət də peşəkar sayılırdı, hər gün məşqlərimiz olurdu. Məşqlər və oyunlar xeyli vaxtımı alırdı, klub olaraq akademiyanın rektoru Ağacan Əbiyevə müraciət etdik. O da ərizəmizin üstünə yazmışdı ki, Mehdi İbrahimov ya gəlsin dərsini oxusun, ya da gedib futbolunu oynasın. Buna görə də seçim etməli oldum. Məşqçiliyə daha böyük həvəsim olduğu üçün akademiyanı seçdim. Tələbə olduğum vaxt idmandan uzaq qalmamaq üçün mediada çalışmağa qərar verdim. 2008/12-ci illərdə fanat.azsaytının rəhbəri Əli Sahibin dəvəti ilə bu saytda çalışdım. Həmin işmaddi cəhətdən də mənə dəstək idi. Məndən tələb olunanı da yerinə yetirirdim. Əsasən oyunlardan təhlil və reportajlar hazırlayırdım. Özümü tam peşəkar idman jurnalisti də saymırdım. 2012-ci ildə akademiyanı bitirdim və məşqçiliyə başladım. Buna görə də mediadakı işimlə vidalaşdım. Uşaq idman məktəbində futbol məşqçisi kimi işlədim. 2015-ci ildə C kateqoriyalı kursu başa vurdum. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Madriddə “Real”ın düşərgəsində təcrübə keçdim.



- Məşqçi kimi kateqoriyalara gənc yaşda yiyələnmisiz. Hazırda fəaliyyətinizi harda davam etdirirsiz?

- C kursları ilə yanaşı B kurslarına da qatılmışam. B kateqoriyasının imtahanları vaxtı mən işsiz idim. Kateqoriyanı almaq üçünişləməli, praktiki imtahan verməlisən. Buna görə də mənim istəyim təxirə düşdü. İnşallah, yaxın zamanlarda yenidən kurslara qatılacam, bu sınaqdan da keçib, B lisenziyasına yiyələnərəm. Madriddə keçdiyim təcrübənin mənə böyük köməyi oldu. Orda bir həftə qaldım. İndi həm uşaq futbol məktəbində çalışıram, həm də Yüksək Liqada Xırdalanı təmsil edən qızlardan ibarət komandanın baş məşqçisiyəm. Komandanın adı “Xırdalan Siti”di. Sona bir tur qalmış komandamız mükafatçılar sırasındadı. Son turda qələbə qazana bilsək, mövsümü 3-cü pillədə başa vura bilərik. Xırdalan komandası ilk dəfə belə yüksək səviyyədə çıxış edir. Son 3-4 ildə yaranmış gənc komandayıq. İndiyə kimi komanda son sıralarda qərarlaşırdı. Milli komandanın üzvlərini sıralarımıza cəlb etmişik. Nəticələrimiz yaxşıdı. U-19 millisinin heyətində oynayan Nurçin Tanrıverdizadə və Samirə Aşurova bizim komandanın üzvləridi, Avropa çempionatında iştirak edirlər.

- Qadın futbolunun Azərbaycandakı perspektivini necə görürsüz? Kişilərin ayaqlarının güclə top tutduğu ölkəmizdə qadın futbolu inkişaf edə bilərmi?

- Düzdü, nəticələrimiz ürəkaçan deyil. Nəzərə alaq ki, bizdə uzun müddət qadın futbolu olmayıb. Son dönəmdə 10 ilə yaxın fasilə verildi, A milli komandamız yox idi. İndi yenidən yaradılıb. Hazırda dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bütün nəticələrə Azərbaycanda uzun müddət qadın futbolunun olmaması təsir edir. Monteneqro üzərində qələbə göstərir ki, perspektiv var. Çalışmaq lazımdı. Rəqiblərimizin liqaları, yığmaları bizdən xeyli irəlidədi. Qrupumuzda Rusiya və Danimarka kimi komandalar var, onlarla oyunlar bizim millimiz üçün böyük təcrübədi. Belə rəqiblərə qarşı indiki halda uğurlu nəticə gözləmək olmaz. Qadın futbolu ilə maraqlananlar bu komandaların gücünü yaxşı bilirlər. Sevindirici haldı ki, millimizin əksər üzvləri legioner həyatı yaşayır. İnkişaf üçün gözəl addımdı. Türkiyədə, Rusiyada və Qazaxıstanda oynayan futbolçularımız var. Onların çempionatları bizdən irəlidədi. Bizim elə bölgələrimiz var ki, orda kişilərdən ibarət komandalar yoxdu, amma qadın futbolu var. Rayonlarda qızlardan ibarət komanda yaratmaq mentallıq baxımından çətindi, bununla belə, ilk addımlar atılır. Sponsorlar da cəlb olunsa, ən azı Türkiyənin səviyyəsində çempionatımız olar. Ən azı bizim qızlar orda oynaya bilirlər. Premyer-liqada olduğu kimi qızlarınn Yüksək Liqasında da səkkiz komanda var. Onlardan yalnız “Qəbələ” və “Keşlə” klubların nəzarətindədi. Bütün yük AFFA-nın üzərinə düşür. İnventardan tutmuş meydançaya, oyunların təşkilinə qədər hər şeyi AFFA edir. Bu da böyük yükdü. Mediadan oxuyuruq ki, 2023/24 mövsümündən lisenziyalaşdırmanın tələbi kimi bütün klubların qarşısına qadın komandası yaratmaq tələbi qoyulacaq. Ümid edirəm ki, bu addım qadın futbolu üçün böyük təkana çevriləcək.

“Ağacan Əbiyev ərizəmizin üstünə yazdı ki, ya futbol oyna, ya da dərs oxu”


- Bu sahənin problemləri sizə daha yaxından tanışdı. Problem kimdədi: qızlarımızda, valideynlərdə, yoxsa...

- “Kişilərimiz futbol oynaya bilmir, qızlarımız necə oynasın” deyimini tez-tez eşidirik. Bununla razı deyiləm. Az əvvəl dediyim kimi, elə bölgələrimiz var ki, orda oğlanların komandası yoxdu, amma qızların komandası var. Həmin bölgələrdə qadın futboluna böyük maraq var. Mentallığı da nəzərə almalıyıq. Baləkən, Şəki, Zaqatala, Qəbələ və Qax bölgəsində xeyli istedadlı qızlar var. Mingəçeviri də bura əlavə etmək olar. Bu rayonlardan milliyə xeyli futbolçu gəlir. Səfər oyunlarında stadionlar dolu olur. Naftalandakı hər bir oyunda güclü azarkeş dəstəyi görürük. Qadın futbolu fərqli və maraqlıdı. Bu liqanın səviyyəsi mütləq artmalıdı. Problemlərdən biri mentallıqdı, amma əsas bu deyil. Qızlarımız voleybol, gimnastika ilə də məşğul olur. Futbolla niyə məşğul olmasınlar? Futbolda geyim gimnastika və voleyboldan daha qapalıdı. Buna qarşı olan valideynləri başa düşmək çətindi. Hakimlər və həkimlər də qadınlardı. Bunu valideynlər özləri də görür. AFFA da bu işə ciddi nəzarət edir. Məncə, klubların və sponsorların dəstəyinin olmaması daha ciddi problemdi. Müəyyən yaşdan sonra qızlar məcbur qalır ki, ya oxumağa getsinlər, ya işləməyə. Maliyyə cəhətdən dəstək olmadığı üçün futboldan uzaqlaşırlar. Bəziləri həftə ərzində işə gedir, məşqə gedə bilmir. Amma həftəsonu oyuna gəlirlər. Bu da inkişafa mane olur. Söhbət heç də böyük məbləğdən getmir. Həvəsləndirici məbləğ belə yetərlidi. Hamı bilir ki, qadın futbolunda məvacib kişlərdən xeyli aşağıdı.



- Sonda ümumi uşaq futbolundan danışaq. Bir mütəxəssis kimi bu sahənin problemlərini və onların həlli yollarını necə görürsüz?

- Həftəsonları uşaq liqalarının oyunları izləyirəm. Həddən artıq maraqlı oyunlar olur. Özü də müxtəlif yaş qruplarında. Burda valideyn amili ciddi problemdi. Azyaşlıları məşqlərə, oyunlara valideynlər gətirir. Hədsiz dərəcədə müdaxilələr edirlər, məşqçinin işinə qarışırlar. Valideynlərdən çox şey asılıdı. Mən demirəm sırf valideynlərə görə inkişaf edə bilmirik. Amma bu məsələnin də təsiri var. Ad-san, şöhrət həvəsində olan valideynlər uşaqlarını səhv yola çəkir. İstəyirlər ki, uşağı iddialı klublarda oynasın. Lakin uşağın gücü həmin komandada oynamağa çatmayanda o da ehtiyatda qalır. Bu da inkişafı ləngidir. Halbuki özünə münasib komandada oyayanda öz potensialını aça bilər. Uşaq daha çox oynamalıdı. Bəzi valideynlər uşağın “Neftçi”də, “Qarabağ”da ehtiyatda oturmasına razıdılar, nəinki aşağı yerlərdə gedən komandalarda oynamasına. Meydançalarla bağlı olan problemi də deməliyəm. Hazırda xeyli özəl futbol məktəbi var. Bu da kütləviliyə təsir edir. Valideynlər uşaqlarını o məktəblərə aparırlar. Təhsil Nazirliyinin tabeliyində olan məktəblər isə ödənişsizdi. Bu nazirliyin futbolumuza xidməti əvəzsizdi. Bütün klubların heyətində həmin məktəblərdən çıxan futbolçular var. Təhsil Nazirliyinin məktəbləri uşaq futboluna böyük dəstək verir. Qadın futbolunda da bu hiss olunur. Qadınların premyer-liqasında Təhsil Nazirliyinin 8 saylı məktəbinin komandası liderdi. Ümid edək ki, gələcəkdə bu dəstək daha da artacaq, futbolumuzun inkişafın yeni töhfələr veriləcək.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

3-04-2022, 23:0

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə