Türkiyə çempionatının son turunda ''Fənərbaxça''nın ''Göztəpə''ni 2:0 hesabı ilə məğlub etməsinin ardından sosial şəbəkələrdə qapıçı Altay Bayındırla bağlı maraqlı bir şəkil paylaşıldı.
Qolkiperə məxsus olduğu iddia edilən su şüşəsi istedadlı futbolçunun sirrini üzə çıxartdı. Qabın üzərində ''Göztəpə''li oyunçuların penaltini hansı künclərə vurduğu qeyd olunmuşdu. Sən demə ''Fənər''in qapıçısı hər qarşılaşmadan öncə rəqib komandanın üzvlərinin penalti statistikasını hazırlayır. Sonra da bunu su şüşəsinin üzərinə yapışdırır. Bayındırın sirrinin açılması və su şüşəsinin görüntülərinin ortaya çıxması sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.
