Növbəti mövsüm İngiltərə premyer-liqasında çıxış edəcək ilk komandanın adı bəlli olub.
"Fulhem" vaxtından əvvəl vəsiqəni təmin edib. London klubu Çempionşipin 43-cü turunda "Kreyven Kottec" üzərində 3:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə xallarını 86-ya çatdıran "Fulhem" 1-ci pillədə möhkəmlənib və 73 xalla 3-cü yerdə gedən "Haddersfild" üçün əlçatmaz olub.
Qeyd edək ki, London təmsilçisi premyer-liqanı 2020/2021 mövsümündə 18-ci yeri tutaraq tərk etmişdi.