Son günlər həvəskar mini-futbol matçında vurduğu qolla sosial şəbəkələrdə məşhurlaşan Məhəmməd Muradov AFFA-ya dəvət olunub və onunla görüş keçirilib.
Söhbət zamanı AFFA-nın Baş katibi Sərxan Hacıyev və Kütləvi futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən Məhəmmədə Azərbaycan milli yığma komandasının rəsmi oyun forması və müxtəlif hədiyyələr təqdim olunub.