• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov: "Heç vaxt haqqı nahaqqın ayağına vermərik" - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

13-04-2022, 12:0

Qurban Qurbanovun "Futbol+" qəzetinə verdiyi müsahibənin ikinci hissəsi...

- İki mövsüm Rusiya çempionatının güclülər dəstəsində çıxış etmisiz. Bəlkə daha çox oynaya, daha çox qol vura bilərdiz, sadəcə, futbola bir qədər gec gəlməyiniz özünü göstərib.
- Ola bilər. Çünki mənim məktəbim olmayıb. Birbaşa peşəkar komandada futbol oynamağa başlamışam. Uşaq və yeniyetmə yaşlarında mənimsəməli olduğum texniki elementləri öyrənməyə vaxt olmayıb. İstənilən halda günahı özümdə axtarmışam. Məşqlərə daha çoxt vaxt ayırmalı olduğumu dərk edirdim. Onu da bildirim ki, futbola heç də az vaxt ayırmamışam (gülür). Rusiyada çıxış edəndə, ümumiyyətlə, futbolçu karyeramda bəzi səhvlərim olub.

- Ancaq o səhvlər barədə heç vaxt geniş publikaya danışmamısız...
- Yenə açıqlamaq fikrim yoxdu. Yəqin bunu özümdən başqa ikinci adam bilməyəcək. Hər kəsin daim özündə saxlayacaq sirri olur.

- Futbolçu kimi formalaşmağınızda Boris Stukalovun, Valeri Nenenkonun, yoxsa azərbaycanlı məşqçilərin xidməti olub?
- Adını çəkdiyiniz hər məşqçinin, həmçinin azərbaycanlı mütəxəssislərin özəl rolu olub. Futbolu tam dərk etməyim “Neftçi” ilə bağlıdı. Səhv etmirəmsə, “Neftçi”yə 25 və ya 26 yaşımda gəldim. Düzdü, ondan əvvəl Tovuzda çıxış etmişdim. Həmin vaxt “Turan”da Vidadi Rzayev, İlham Məmmədov, Musa Qurbanov kimi sözünü demiş futbolçular oynayırdı. Ancaq futbolçu kimi formalaşmağım “ağ-qaralar”dan başladı desəm, yanılmaram. Samir Ələkbərov, Rasim Abuşov, Elxan Həsənov, Arif Əsədov, Yunis Hüseynov, Yaşar Vahabzadə, Musa Qurbanov da həmin vaxt artıq ora gəlmişdi - SSRİ futbolundan çıxmış güclü oyunçular var idi. Belə deyək, futbolun bütün sirləri mənə “Neftçi”də çatdı. İstənilən halda futbola Azərbaycanda başlamışam, təməl ölkəmdə qoyulub. Rasim Abuşov sonradan Stavropol “Dinamo”suna yollandı və məni də Stukalova o məsləhət görmüşdü. Demişdi ki, bizdə belə bir forvard var.

“Gör nə qədər qol vurmuşam ki, hələ də yeniləyə bilmirlər”



- “Turan”dan söz düşmüşkən, deyilənə görə, Tovuzda oynadığınız vaxt Musa Qurbanov məşqlərdən sonra sizlə əlavə məşğul olurmuş. Fiziki cəhətdən hazır olmağınız üçün hətta sizi traktor təkəri ilə məşq etdirirmiş. Əfsanədi, yoxsa reallıqda olub?
- Tovuzda əslində şox hadisələr olub. Traktor təkərinə gəlincə (gülür), lap böyük olmasa da, təkəri belimizə bağlayıb çəkirdik. O vaxt başqa işimiz də yox idi. Həmin illərdə yaşam tərzi elə idi ki, nə telefon var idi, nə də gedə biləcəyimiz kafe və restoran. Əyləncə yeri olmadığına görə həyatımız futbola bağlı idi. Həqiqətən komandanın ümumi məşqindən sonra əlavə, fərdi şəkildə çox çalışırdıq. Musa müəllimin mənə verdiyi əlavə çalışmaların faydasını sonradan gördüm. Bu barədə çox danışmaq olar, məncə, sən hamısını bilirsən (gülür). İstənilən halda düzgün hazırlaşmağı bacarmaq lazımdı. Şükür Allaha, indi o qədər alət, inventar var, elm o qədər inkişaf edib ki, o vaxt qazanmaq istədiyim gücü indi daha qısa yolla əldə etmək mümkündü. Ən başlıcası, gərək insanın içində istək olsun. Sənətinə, peşəsinə sevgi olmasa, həyatda heç nəyə nail olmaz.

- Bir rekordunuz var ki, uzun illərdi qırılmır. Söhbət yığmada vurduğunuz qollardan gedir. Həmin rekordu azərbaycanlı futboluçulardan kim qıra bilər, kimi bir nömrəli namizəd görürsüz? Bir də rekord qırılanda məyus olmayacaqsız?
- Gör nə qədər qol vurmuşam ki, hələ də yeniləyə bilmirlər (gülür). Niyə məyus olum ki?! Əksinə, çox istərdim ki, həmin rekord tezliklə qırılsın. Milli üzvləri daim bu barədə düşünməlidilər. Həmişə demişəm və bu gün də deyirəm: futbolda elə elementlər var ki, prinsip aparmaq üçün daim onun üzərində düşünməlisən. İstənilən idman növündə çempion adı çox məsuliyyəlidi. Bu ad insanı lider, inamlı edir. Hər bir futbolçunun qarşısına qoyduğu hədəf olmalıdı. Fərqi yoxdu, bombardirlik və yaxud növbəti çempionluq. Hər futbolçu özünü ruhlandırmalı, növbəti uğur üçün köklənməlidi, yalnız bu halda inkişaf edəcək. Əks halda meydana çıxmağın mənası yoxdu. Məqsədi, hədəfi olan futbolçu bir insan kimi də inkişaf edəcək, həyatda istədiyinə nail olacaq. Məncə, tezliklə rekordu qıran olacaq. Mahir Emrelidən, Ramil Şeydayevdən bunu gözləyirəm. Daim milliyə dəvət olunan futbolçulardı. Emin Mahmudov bu gedişlə buna nail olacaq.

- İctimaiyyət arasında formalaşan fikrə görə, Qurban Qurbanov oğlu Musanın karyerasının sürətli inkişafının qarşısını alır. Bu söz-söhbətə münasibət bildirməyinizi istərdik.
- (bir qədər düşünür). Belə düşünmürəm. Bir neçə dəfə bu mövzuda danışmışam. Görsəm ki, Musa və başqaları eyni səviyyədədi, düşünmədən Musaya yox, o biri futbolçuya üstünlük verəcəm. Bu da sırf bizim ata-oğul münasibətindən qaynaqlanır. Yox, görsəm ki, oğlum üstündü, oğlum olduğuna görə yox, məhz oyununu nəzərə alıb meydana buraxacam. Mən heç vaxt - oğlum da bura daxildi - heç kimin qarşısını kəsməmişəm. Dəfələrlə demişəm və yenə təkrarlayıram, burdakıların hamısı mənim övladlarımdı. Hamıya eyni gözlə baxmışam və baxıram da. Çalışıram ki, hər kəs layiq olduğu yerdə olsun. Əfsuslar olsun ki, meydana 11 nəfər çıxmalıdı. Bəzən 4-5 futbolçu olur ki, eyni səviyyədədi və onlar arasından seçim etməliyəm. Bu üzdən tez-tez rotasiyaya əl atıram, kiminsə mövqeyini dəyişdirirəm. Musa bu gün o biri futbolçularımdan üstün olsa, meydanda olacaq. Bəli, perspektivi, istəyi, bacarığı var. Ancaq tam əmin olduğum halda onu meydanda görəcəksiz. Bilmirəm, oğlumun və ya başqasının qarşısını kəsirəm, ya yox, fəlsəfəm budu və daim buna riayət edirəm.

- Sonda sizə belə bir sualım olacaq: futbolda haqq-ədalət prinsipini gözləmək mümkündü?
- Məncə, mümkün deyil. Çünki mənim və ya futbolçuların gözündən qaçan bir hal ola bilər. Bilmədən, istəmədən hansısa addımı ata bilərik. Ancaq mən və komandam bir şeyə tam əmin olduqda daim çalışmışıq ki, haqq-ədalət olsun. Kənardan görünən ədalətsizlik varsa – biz tərəfdən – deməli, biz onu görməmişik. Heç vaxt haqqı nahaqqın ayağına vermərik. Bu həm mənim, həm də komandamın yaşam prinsipidi.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə / Günün xəbəri

12-04-2022, 15:0

Qurban Qurbanov 50 yaşın hesabatını verdi - ÖZƏL MÜSAHİBƏ

Manşet / Müsahibə

14-04-2022, 22:0

"Qurban Qurbanovun bu səviyyəyə qədər gələcəyini heç kim təxmin edə bilməzdi” - MÜSAHİBƏ

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Bu gün, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Oxunub: 191
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə