• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanov 50 yaşın hesabatını verdi - ÖZƏL MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

12-04-2022, 15:0

Qurban Qurbanov... Məncə, ad-soyadı səsləndirmək kifayətdi, əlavə təqdimata ehtiyac yoxdu.

Yox, israr etsəz, “Azərbaycan futbolunun simasını dəyişən adam” deyərdim. Dünən onun qonağı olub, sabah qeyd edəcəyi 50 yaş ilə bağlı söhbətləşdim.

“Açığı, gənc yaşlarımda doğum gününü qeyd etməyin marağındaydım”

- Sizin üçün doğum günü fəlsəfəsi nə deməkdi, özünüz üçün geridə qalan 50 ilin hesabatını vermisiz? Bu illər ərzində nəyə nail olmusuz, nəyə yox?

- Açığı, gənc yaşlarımda doğum gününü qeyd etməyin daha çox marağındaydım. Ancaq indi o qədər həvəsli deyiləm. Buna baxmayaraq, hər il istər-istəməz doğum günü yada salınır. Bəli, şukür Allaha, 50 yaşa gəlib çatırıq. Yaşadığın dönəmdə, ümumiyyətlə, hər sahədə çox şey əldə etmişəm. İldən-ilə hər sahədə məlumatım daha çox olur, təcrübə artır. Yaşa dolduqca çalışırsan ki, əvvəlki səvləri təkrarlamayasan. Düzdü, insan həyatda səhvsiz yaşaya bilməz. Ancaq maksimum şəkildə çalışırıq ki, bunu azaldaq. İnsan keçmişini doğru-düzgün təhlil edə bilirsə, püxtələşir, kamilləşir, gələcəkdə eyni səhvlərə yol vermir.

- 44 günlük Vətən müharibəsi sanki dünyaya baxışınızı, təfəkkürünüzü dəyişdi. Bunu sizin açıqlamalarınızdan da duymaq mümkündü. Mənə elə gəlir, artıq uduzmaqdan çəkinməyib daha çox baxımlı oyunla nəticə qazanmaq istəyirsiz. Xüsusən də avrokuboklarda bunu hiss etmək olur. “Marsel”lə oyunda olduğu kimi...



- 50 illik ömrümdə ən böyük zəfərimiz 44 günlük müharibədə qazanılan qələbədi. Və bunu heç vaxt heç kim unutmayacaq. Həmin qələbə ilə bütün dünyaya səs saldıq. Dünya haqqın kimin tərəfində olduğunu başa düşdü. Azərbaycanlılar üçün bundan böyük uğur yoxdu. O ki qaldı futbola, bəli, döyüş meydanında qazandığımız zəfərdən sonra sanki daha ürəkli olduq, meydana daha inamlı çıxdıq. Bu yöndə dəyişikliyin olduğunu etiraf edirəm.

- Rəqibsizlik sindromu yaşamırsız? Artıq neçə illərdi zirvədəsiz, istər yerli məşqçilər, istərsə də Azərbaycana gələn əcnəbilər sizlə rəqabətdə uduzurlar...

- Mənim üçün belə fikir söyləmək düzgün çıxmaz. Biz heç bir matça “bu asan oyundu” prinsipi ilə yanaşmamışıq. Düzdü, böyükhesablı qələbələrimiz olub, ancaq futbolçular çox əziyyət çəkiblər. Və hər bir rəqib də bizimlə qarşılaşmada gücünü göstərməyə çalışır. Sadəcə, ola bilsin, bu görüşlərdə təcrübəmiz önəmli rol oynayıb. Bizim üçün rəqibin kimliyi fərq etmir, hamısına hörmətlə yanaşmışıq. Hər komandanı da özümüzə ciddi rəqib görürük. Bəlkə də ən üstün cəhətimiz budu.

“Yəqin bunu özümdən başqa ikinci adam bilməyəcək”

- Zaqatalanın Aşağı Tala kəndində doğulub boya-başa çatan Qurban Qurbanov Bakıda yaşadığı müddətdə kənd təbiiliyini və səmimiyyətini qoruya bilibmi? Məsələn, gecənin bir yarısı kimsə evinizin qapısını döyüb kömək istəsə, əsəbləşərsiz, yoxsa imkan daxilində yardım edərsiz?

- Mən həmişə Azərbaycanı başqa ölkələrdən fərqləndirmişəm. Bizim xalqın dərin köklərə malik mədəniyyəti olub və bu gün də var. Bəlkə də başqa xalqlar öz qonaqpərvərliyi barədə ağızdolusu danışa bilər. Ancaq inanmıram ki, bizdə olduğu kimi hansısa ölkədə bu ənənə olsun. Uşaqlıq illərimi xatırlayıram. Bakıya sevgim çox olub. Bakıya ilk gəlişim 17-18 yaşıma təsadüf edib. Sözün həqiqi mənasında bu şəhərə vurulmuşdum. Bakının özünəxas aurası var. Mentallığı, yerli əhalinin mədəniyyəti, ümumiyyətlə, başqa aləm idi. Mən zaqatalalı və ya talalıyam deyə bu addımı atmıram. Bəli, Azərbaycanın hər bölgəsinin spesifik ənənəsi var. Bunu inkar etmək olmaz. Zaqatalanın da o cümlədən. Azərbaycanlıların xasiyyəti elədi ki, sosial durumundan asılı olmayaraq, hər kəs bir-birinə kömək etməyə hazırdı. İnamıram ki, kimsə günün hansısa vaxtından asılı olmayaraq, qapısını döyüb kömək istəyən adamı əliboş yola salsın. Lazım olacağı təqdirdə heç nədən çəkinmədən qapı döyən adamı gecə evinə də dəvət edəcək. Mənim də evimin qapısı hər kəsin üzünə açıqdı. Buna zərrə qədər şübhəniz olmasın. Mən də bu xalqın övladıyam və belə görmüşəm, bu tərbiyəni almışam.

- Qurban Qurbanovun insan, şəxsiyyət və futbolçu kimi formalaşmasında xüsusi əməyi keçən üç adamın adını çəkərdiz.

- İlk növbədə heç düşünmədən Musa Qurbanovu qeyd edərdim. İkinci Şaban Şirdanov. Bu insanların əməyini heç vaxt dana bilmərəm. Üçüncü... Bilmirəm, bəlkə də özüməm. Çünki mən onların məsləhət və tövsiyələrini eşitdim, onlara inandım, tələblərini yerinə yetirdim. Ümumiyyətlə, qardaşım Musa çox tələbkar olub. O vaxtlar məndən çox şey tələb edirdi. Hətta elə olurdu ki, özlüyümdə qardaşıma əsəbləşirdim. Cavan vaxtları özünə bu barədə heç nə deməsəm də, artıq yaşlaşanda özünə də deyirdim ki, çox tələbkarsan. Dost kimi sözümü ona çatdırırdım. Musa müəllim yenə öz fikrində qalırdı, yenə “mən bunu tələb edirəm” və “sən də bunları icra etməlisən”, - deyə fikirini bildirirdi. İllər ötdükcə təcrübəm artdı, onda dərk etdim ki, qardaşım tam haqlı idi.

- İki mövsüm Rusiya çempionatının güclülər dəstəsində çıxış etmisiz. Bəlkə daha çox oynaya, daha çox qol vura bilərdiz, sadəcə, futbola bir qədər gec gəlməyiniz özünü göstərib.

(davamı sabah saytda olacaq).

RƏŞAD

Paylaş:
Digər xəbərlər

İdman

24-05-2022, 17:0

Əmrah Çəlikəl: “Hər anımıza şükür edirik” - AÇIQLAMA

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Bu gün, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Bu gün, 21:51
    Messi dünya çempionatında 17-ci qolunu vurdu! - DÇ gecəsi
  • Bu gün, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Bu gün, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Bu gün, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Bu gün, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 192
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə