• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Belə təqvim və zədələr ilə futbol hara gedir? - Çeferin limitin dolduğunu etiraf etsə də…

Dünya futbolu

19-10-2024, 09:0

Artıq dünya futbolu sıx təqvim üzündən elə bir nöqtəyə çatıb ki, hər “yığma pəncərəsi”ndə bu məsələ yenidən aktuallaşır. Çünki hər dəfə bir bəhanə ilə yığmaya getməyən ulduz futbolçuların sayı artır.

Son dönəmlərdə yaşanan zədələrin fonunda sıx təqvim artıq ciddi müzakirələrə səbəb olmağa başlayıb. Hətta futbolçuların oyunları boykot etməsi də çıxış yollarından biri kimi görünür. Çünki FİFA və UEFA hələ də mövqeyini dəyişmək istəmir.

Həqiqi və yalançı zədələr
Etirazların artması üzündən UEFA prezidenti Aleksander Çeferin susqunluğunu pozmalı oldu. Gəlin, məsələyə geniş toxunmamış işin ən başında oturan şəxsin fikrini dinləyək:

“Etiraf etməliyik ki, təqvimin sıxlığı artıq öz limitini doldurub. Eyni zamanda, klublar və oyunçular da bu duruma fərqli reaksiya verir. Bəziləri həddən artıq yüklənmədən şikayət edirsə, bəzilərinin əksinə, boş vaxtı çox olur. İki ay öncə səsləndirdiyim fikrin üzərində qalıram. Bəli, artıq əlavə oyunlar üçün yer yoxdu. Amma gəlin, görək şikayət edənlər kimlərdi? Oyunçulara ən yüksək maaş verən və 25 elit səviyyəli futbolçuya malik olan klublar. Daha az maaş ödəyənlər və az qala 11-12 oyunçuya malik olan klublar isə şikayət etmir. Onlar futbol oynamağı sevirlər”.

Çeferinin bu sözlərindən belə qənaətə gəlmək olar ki, UEFA-nı indiki durum tam qane edir və qurumun nəyisə dəyişmək niyyəti yoxdu. Gəlin, bu yığma fasiləsindən öncə dünya futbolunda yaşanan son zədə və buna bənzər olaylara nəzər salaq.

İspaniya yığmasında Dani Karvaxal və Rodri dizin xaçvari bağlarının qopması üzündən uzun müddətə sıradan çıxdı. Vinisiusun boyun fəqərələrində problem var. Braziliya yığması “Qızıl top”u qazanmağa əsas namizəddən başqa omba zədəsinə görə qapıçı Alissonu və əzələ zədəsinə görə Eder Militaonu da itirdi.

“Real”ın fransalı superulduzu Kilian Mbappe ilə bağlı da qəribə vəziyyət yarandı. Zədəsini gözləniləndən tez sağaldan və “kral klubu”nun son matçında start heyətində meydana çıxan Mbappe yığmanın düşərgəsinə gəlmək istəmədi. Özü də bununla bağlı heç bir açıqlama vermədi. Mbappe yığmada kapitan sarğısını daşıdığından onun bu addımı haqlı olaraq ölkəsində birmənalı qarşılanmadı. Eləcə də Nassir Mazraui, Kobbi Maynu, Ferran Torresdə də müxtəlif kiçik zədələr aşkarlandı. Romelu Lukaku isə bütün diqqətini “Napoli”yə yönəltmək istədiyi üçün açıq şəkildə yığmaya dəvət olunmamasını xahiş etdi. Belçikanın digər ulduzu Kevin De Bruyne də zədəsini sağaltmaqla məşğuldu.

250 oyun hara, 54 oyun hara?
Bu zədə hekayələri bir-birindən fərqlənsə də, onları birləşdirən bir əsas məqam var. Bu zədələrin az qala hər birindən sonra sıx təqvim gündəmə gətirildi. Yəni hər kəs həmfikirdi ki, futbolçuların orqanizmi artıq bu yüklənməyə tab gətirmir. Təqvimdə necə deyərlər, baş qaşımağa yer yoxdu. Boykot məsələsini ən birinci Rodri gündəmə gətirmişdi. Ona başqaları da dəstək vermişdi. Düzdü, hələ ki boykotla bağlı konkret plan yoxdu. Futbolçuların bu etiraza necə və hansı oyunlarda əl atacağı bilinmir. Amma fakt budu ki, gündən-günə bu ideyanı dəstəkləyənlərin sayı artır. Müasir futbolun 20-30 il öncə ilə müqayisədə necə yükləndiyini göstərən konkret misallara nəzərə salaq. 21 yaşlı Cud Bellingem artıq karyerası ərzində 250-dən çox oyun keçirib. Onun yaşında Devid Bekhem 54, Frenk Lempard isə cəmi 93 oyun keçirmişdi! Bellingemin göstəricisinə yalnız Ueyn Runi yaxınlaşa bilib. O, 21 yaşda 212 oyun keçirmişdi. Amma Runi faktiki 32 yaşdan sonra “söndü”. Çoxları bunu məhz onun gənc yaşlardan etibarən yüklənməsi ilə əlaqələndirir. Bellingemin 15 ildən sonra hansı formada olacağını proqnozlaşdırmaq həm çətin, həm də mənasız bir işdi. Amma FİFPro-nun hesablamalarına görə ulduz futbolçu bu tempdə davam edəcəyi təqdirdə karyerasının sonuna qədər 1200-dən çox oyun keçirəcək.

Digər misallara nəzər salaq. “Bayer-04”ün və Almaniya yığmasının 21 yaşlı ulduzu Florian Virts indiyə qədər karyerasında 11400 dəqiqədən çox meydanda olub. Almaniyanın sabiq ulduzu Mihael Ballak onun yaşında yalnız 4175 dəqiqə meydanda olmuşdu. 24 yaşlı Vinisius indidən 369 rəsmi oyunda iştirak edibsə, Ronaldinyo onun yaşında yalnız 163 qarşılaşmada forma geymişdi. Bütün bu rəqəmlərin fonunda UEFA-nın ÇL-də bir mövsüm ərzində oyun sayını 125-dən 189-a qaldırması birmənalı qarşılanmır. Eləcə də FİFA Klublararası Dünya Çempionatının formatına əl gəzdirməyi lazım bildi. Əvvəllər “Real” mübarizəyə yarımfinaldan başlayırdısa, indi madridlilər bu turnirdə qalib gəlmək üçün 7 oyun keçirməli olacaqlar.

Təkcə top-klublar yox, ortabablar da şikayət edir
FİFA və UEFA sanki yığma matçlarının gözdən düşməsi üçün əlindən gələni edir. Son illərdə yığma oyunlarına maraq tədricən azalır. Düzdü, AÇ və DÇ kimi turnirlər hələ də sevilir, izlənilir. Amma işitrakçıların sayının artması “məhsulun” keyfiyyətini aşağı sala bilər. Nəhəng turnirləri bir kənara qoysaq, seçmə mərhələ, eləcə də Millətlər Liqasının oyunları ilə bağlı durum eyni deyil. Bu yığma fasilələrini kompüterdə olduğu kimi tezləşdirmək və “irəli çəkmək” mümkün olsaydı, futbolsevərlərin böyük əksəriyyəti bu funksiyadan məmnuniyyətlə yararlanardılar. Bu, təkcə fanatlara yox, eləcə də bir çox futbolçulara və məşqçilərə də aiddi. Yüklənmənin maksimum həddə olduğu bu dönəmdə üstəlik futbolçular heç bir ajiotaj doğurmayan matçlarda iştirak etmək məcburiyyətində qalır. Bir oyunçunun özünü AÇ və ya DÇ-də “həlak etməsi” anlaşılandı. Ancaq ML və ya seçmə mərhələ oyunları üçün özünü “həlak etmək” istəyənlər çox deyil.

Fransızların baş məşqçisi Didye Deşam Mbappe ilə bağlı məsələni müzakirə edərkən konkret və səmimi ifadələr işlətdi:

“Futbolçunu “işə götürən” tərəf yığma yox, klubdu. Ona görə də futbolçuların yığma ilə klub arasında seçim edərkən tədricən ikinciyə üstünlük verməyə başlaması təəccüb doğurmamalıdı. Məsələ futbolçunun vətənpərvər olmamasında və ya öz yığmasını sevməməsində deyil. Sadəcə, futbolçu da insandı və onun gücü tükənməz deyil. Futbolçu üçün həm idman, həm maddi baxımdan ÇL-də, daxili çempionatda, eləcə də DÇ və ya AÇ-də güc qoymaq daha maraqlıdı. ML və seçmə mərhələ oyunlarını bununla müqayisə etmək olmaz”.

Yuxarıda Çeferinin sözləri ilə sizi tanış etdik. Onun sözlərindən belə çıxdı ki, yalnız top-klublar yaranmış vəziyyətdən əziyyət çəkir. Amma heç də belə deyil. Ortabab və kiçik klubların baş məşqçiləri də artıq etiraz səsini ucaltmağa başlayıb. Buna ən son nümunə kimi “Alaves”in baş məşqçisi Luis Qarsiyanın “Real”la oyundan öncə səsləndirdiyi fikirləri göstərmək olar:

“Təqvim həqiqətən də sıxdı. Artıq zədəlilərimizin sayı ən yüksək həddə çatıb. Bu üzdən rotasiya etməkdən başqa çıxış yolumuz yoxdu”.

Təsəvvür edin ki, bu fikirləri avrokubokda oynamayan bir komandanın baş məşqçisi dilə gətirib. Özü də sentyabrın ortasında, yəni mövsümün əvvəlində!

Uzun sözün qısası, FİFA və UEFA məsələyə əl qoymasa, futbolçuların boykota əl atacağı gün elə də uzaqda deyil. Yığma səviyyəsindəki futbol hazırda can versə də, hələ tam ölməyib. Oyun sayı azaldılmasa, hər yığma fasiləsindən öncə həqiqi və yalançı zədələrin sayı daha da artacaq. Hətta vəziyyət o yerə çatacaq ki, futbolçular açıq-aşkar yığmanın düşərgəsinə gəlmək istəmədiklərini dilə gətirəcəklər.

Yəni futbol düzgün döngədən dönməyib. Nə qədər ki gec deyil, geri dönüb o biri yolla getmək lazımdı. Əks təqdirdə bundan hər kəs – klub rəhbərləri, oyunçular və sıravi azarkeşlər ziyan görəcək.

ƏLİ RAUFOĞLU hazırladı

Yeri gəlmişkən...
İspaniya Kral Futbol Federasiyası sıx təqvimə görə oyunçuların şikayətini nəzərə alaraq önəmli dəyişikliyə gedib.

Belə ki, İspaniya Superkuboku uğrunda oyunlarda əlavə vaxt aradan qaldırılıb! Əsas vaxtda bərabərlik qeydə alınacağı təqdirdə komandalar birbaşa penalti seriyasına keçəcək. Bu turnir, bilindiyi kimi, son illərdə yanvarda 4 klubun iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilir. Qarşıdan gələn İspaniya Superkubokunda artıq yeni qayda tətbiq olunacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-06-2022, 12:0

Çeferin: ''Ən güclü namizəd Türkiyədi''

Dünya futbolu

5-10-2023, 19:0

Sarri artıq futboldan zövq almır!

Dünya futbolu

11-10-2024, 20:0

Karvaxal ağır zədə aldı və... müqaviləsi yeniləndi

Dünya futbolu

16-05-2023, 22:0

Platinidən FİFA və UEFA-ya sərt tənqid

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Dünən, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Dünən, 18:35
    "Kəpəz"dən növbəti transfer
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə