Sarri artıq futboldan zövq almır!

5.10.2023 19:11 196
Dünya futbolu
Hazırda ''Latsio''nu çalışdıran Mauritsio Sarri son açıqlaması ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasında ''Seltik''lə oyunöncəsi mətbuat konfransında danışan təcrübəli mütəxəssis sıx təqvim üzündən artıq futboldan zövq almadığını və məşqçi karyerasını bitirə biləcəyini vurğulayıb. Daha öncə ''Napoli'', ''Çelsi'', ''Yuventus'' kimi nəhəngləri çalışdırmış 64 yaşlı Sarri bunları deyib:
''Təqvimdə bir dəyişiklik edilməsə, məşqçiliklə və ümumiyyətlə futbolla vidalaşacam. Çünki artıq futboldan zövq almıram. Bu cür futbol mənə lazım deyil. Hər səhər yuxudan duranda mən artıq heç növbəti reqibimizin kim olduğuna da baxmıram. Çünki hər 60 saatdan bir meydana çıxırıq. Həddən artıq tez-tez oynayırıq. Hər matçda rotasiya etmək məcburiyyətində qalıram''.