• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin gizlətdiyi həqiqət - KÖŞƏ

Premyer-liqa / Yazarlar

29-01-2024, 19:0

Aristotelin çox məşhur bir kəlamı var.

Deyib ki, Platon mənim dostumdu, ancaq həqiqət dostluqdan üstündü. Təəssüf ki, heç də hər kəs həyatda həqiqətin necə müqəddəs dəyər olduğunu başa düşmür. Bəzi məqamlarda hansısa hisslər, şəxsi maraqlar həqiqətin önünə keçir. Həqiqət nəyəsə qurban verilir. Şəxsi qənaətimdi ki, həqiqətin dəyərini anlamayan, onu qiymətləndirməyən, işini yalan-palanla aşırmağa çalışan insanlar bu həyatda uğur qazana bilməzlər.

Bu yaxınlarda “CBC Sport” telekanalı “feysbuk”dakı səhifəsində azarkeşlər arasında sorğu keçirirdi. Onlara belə bir sualla müraciət olunmuşdu ki, kim güclüdü: Emin Mahmudov, yoxsa Flaviniyo? Obyektivlik hissini itirməyən, futboldan az-çox baş çıxaran istənilən şəxs üçün bu suala cavab vermək çox asandı. Hətta bu sual ətrafında uzun-uzadı müzakirə açmağa ehtiyac da görmür. Bəli, Emin Mahmudov azərbaycanlı futbolçular arasında istedadı ilə seçilənlərdəndi. Qanacağı, tərbiyyəsi ilə də hörmət qazanıb. Yaxşı futbol məktəbi görüb, milli komandamızın aparıcı üzvlərindəndi. Amma hər nə qədər həmyerlimiz olsa da, millimizə fayda verməyə çalışsa da, onun Flavinyo ilə müqayisə olunacaq hansısa bacarığı, uğuru yoxdu. Mahmudovla Flavinyonu müqayisə etmək üçün Sadıq Sadıqovun prezident, rəhmətlik Böyükağa Hacıyevin baş məşqçi olduğu komandanı müqayisə etməyə çalışmaq lazımdı.
Mümkündümü? Bu sualın bir cavabı var: xeyr! Həmin “Neftçi”nin mübarizə apardığı Azərbaycan çempionatında daha böyük rəqabət yaşanırdı. “Xəzər Lənkəran” “Neftçi”yə xeyli çətinlik yaşadırdı. “İnter”, “Bakı”, “Qarabağ” da bu iki komanda ilə yanaşı, çempionluq uğrunda mübarizə aparırdı. “Qəbələ” kövrək addımlarla güclənməyə çalışırdı, Zaqatala təmsilçisi “Simurq” isə böyük qardaşı sayılan “İnter”ə kömək etmək üçün istənilən rəqibini büdrətməyə hazır idi. Mən hələ qısa müddətdə “bərk qoz”a çevrilən, Salyana böyük futbol həyəcanı yaşadan “Rəvan”ı demirəm. Bu boyda rəqabətin fonunda “Neftçi” ölkə daxilində rəqib tanımırdı, çempionluğun əsas favoriti idi. Eyni zamanda da uğurun davamı avrokuboklarda gətirilirdi. Avropa Liqasının qrupuna yüksələrək, ölkə futbolu tarixinə yeni səhifə yazan “Neftçi” sonradan bu uğuru təkrarlamağa yaxın oldu. Müəyyən qüvvələrin komandanın başına açdığı oyunların, tarixi təkararlamağın astanasında olan “ağ-qaralar”I doğma meydandan didərgin salmasının hamımız şahidiyik.

Bütün bunlar yaxın keçmişdə baş verib, olanları unutmamışıq. Flavinyo ilə yanaşı, “Neftçi”də neçə-neçə keyfiyyətli, xarakterli legioner var idi. Onlar geydikləri formanın məsuliyyətini başa düşürdülər. Eləcə də yerli futbolçular bu komandada müəyyən çəkiyə sahiblənməyi bacarmışdılar. Rəhmətlik Böyükağa Hacıyev yerli gənclərə motivasiya verməyin, onları şirə döndərməyin sirlərini bilirdi. Nəticədə də ortaya “Neftçi” boyda möhtəşəm bir əsər çıxmışdı. Flavinyo da bu heyətin həm lokomotivi, həm də dirijoru sayılırdı. Təəssüf ki, nə Emin Mahmudovun özü, nə də hazırda kapitan sarğısını daşıdığı komanda haqda bu sözləri söyləmək olar. Hazırkı “Neftçi” qış fasiləsinə 3-cü pillədə yollanmağı xoşbəxtlik sayır. Əcnəbi məşqçini mövsümün ortasında yola salıb, ona və köməkçilərinə təxminən bir milyon avro təzminat ödəyirlər. Yola salınan məşqçinin qarşısına da maksimal hədəf kimi ikinci pilləni tutmaq və avrokuboklara vəsiqə qalmaq tapşırığı qoyulur. Guya ki, bu idarəçilik sistemi, bu futbolçu seçimi ilə “Neftçi” avrokuboklara vəsiqə qazansa, dağı-daşı yerindən oynadacaq. Biz hazırkı “Neftçi”nin avrokuboklardakı kəramətinə yaxşı bələdik. Çətinliklə keçilən birinci mərhələdən sonra yaranan eyforiya, ondan sonra da xəyal qırıqlığı. Həmin bu “Neftçi”nin də kapitanı Emin Mahmudovdu, palazına bürünüb ellə sürünür.

Belə acı reallıqların həqiqət olduğunu qəbul etməliyik. Emin məqsədinə çatıb, yaşının bu vədəsində “Neftçi” ilə yaxşı müqavilə bağlayıb. Azarkeşlərin təzyiqindən qorxan rəhbərlik də onun nazıyla oynamağa məcburdu. Elə həmin azarkeş də bu Mahmudovu o Flavinyo ilə müqayisə edirdi. Ona görə də bütün bu başverənləri normal qəbul etmək lazımdı. Həqiqəti gizlədəndə olacaqlar da budu!

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-12-2023, 23:0

Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, yoxsa Emin Mahmudov?

Manşet / Yazarlar

12-07-2022, 14:0

“Qarabağ”a inanmaq və yanında olmaq mənəvi borcumuzdu - KÖŞƏ

Yığma / Manşet

25-03-2023, 11:0

Emin Mahmudov 2-ci pilləyə yüksəldi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə