Emin Mahmudov 2-ci pilləyə yüksəldi

25.03.2023 11:19 288
Yığma / Manşet
AÇ-2024-ün seçmə mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, millimiz Avstriyaya məğlub olub - 1:4. Komandamızın yeganə topunu Emin Mahmudov vurub. Bu, onun Azərbaycan yığmasında 10-cu qolu olub. O, millinin tarixinə 10 və daha çox qol vuran 2-ci futbolçu kimi düşüb. Mahmudov 9 dəfə fərqlənən Vaqif Cavadov və Ramil Şeydayevi arxada qoyub.

Qeyd edək ki, Emin yalnız Qurban Qurbanovdan geri qalır – 14 qol.

İSMAYIL XEYRULLAYEV