• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi”nin Sankt-Peterburqda “döyülməsi” kimə sərf edirdi? - KÖŞƏ

Manşet / Yazarlar

12-07-2023, 14:0

Məşhur “Bizim Cəbiş müəllim” filmində sevilən səhnələrin birində Cəbiş müəllimlə arvadı arasında maraqlı dialoq yaşanır. Həyat yoldaşı müəllimə deyir ki, “mən imkan vermədim səni “front”a aparsınlar. İndi “nemes”in tankları üstündən elədən belə keçirdi, belədən də belə”. Necə ki, indi bizim ölkənin ən qocaman klubu “Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində tank altına atılmış vəziyyətdədi. Rusiya çempionu “Zenit”lə Serbiyada eyni statusa malik “Srvena Zvezda” çox rahat “ağ-qaralar”ın qapısına qollar vurub, böyük hesabla məğlub ediblər. Ortaya Cəbiş müəllimin həyat yoldaşı kimi canıyanan, sözükeçən, cəfakeş kimsə çıxıb demədi ki, “Neftçi”nin harasına yaraşır belə bir turnir?

“Ağ-qaralar”ın düşərgəsində vəziyyətin acınacaqlı olduğunu biz hələ ölkə kubokunun finalında görmüşdük. Meydanda nə etdiyi bəlli olmayan bir dəstə futbolçu var idi, bir də gələcəyi qeyri-müəyyən olan rumıniyalı baş məşqçi. Həmin o baş məşqçini, yəni rumıniyalı Laurentsiu Regekampfı çox urvatsız şəkildə yola saldılar. Şəxsən mən bu cür ayrılığı nə “Neftçi”nin ad-sanına, nə də Regenin peşəkarlığına yaraşdırdım. O boyda klubun əcnəbi məşqçiylə peşəkar müqaviləsi ola-ola, başqa bir mütəxəssislə danışıqlar apardılar, türkiyəli Sərgən Yalçını Bakıya dəvət etdilər. Sanki “O olmasın, bu olsun” filminə baxırdıq. Orda Gülnaz xanımın iki adaxlısı var idi, burda da “Neftçi”nin iki baş məşqçisi. Son illərdə klub idarəçiliyində o qədər qeyri-peşəkarlıq görmüşük ki, buna da təəccüblənmədik.

“Neftçi” rəhbərliyi Laurentsiu Regekampfı necə ələ saldısa, türkiyəli Sərgən də klubu o cür ələ saldı. Bizimkilər Regeni urvatsız etdilər, Sərgən də bizimkiləri. Belə ki, türkiyəli mütəxəssis İstanbulda olarkən onunla danışıqlar aparanlara bir cür şərtlər dedi. Bakıya gələndən sonra bizimkilərin səxavətini görüb barmağını dişlədi, daha çox qazanmaq həvəsinə düşdü. Düzdü, adamların yanında olmamışıq, bütün detallardan xəbərimiz yoxdu. Amma gördüklərimizdən və eşitdiklərimizdən belə başa düşürük ki, Sərgən onu Bakıya gətirən təyyarənin komfortundan o qədər xoşallanıb ki, hava limanından ayrılıb “Neftçi” tərəfi ilə danışıqlara gedəndə göydən yerə enmək istəməyib, özünü göyün yeddinci qatında hiss edib. Həmin vaxt onun qulağına “Fənərbaxça”nın da Sərgəni baş məşqçi postunda görmək istəyi ilə bağlı dedi-qodu çatıb, belədə “Neftçi”nin qarşısına fantastik tələblər qoymaqdan çəkinməyib. Sonrasını da hamı bilir. Tərəflər anlaşmadı, Sərgən işsiz qaldı, “Neftçi” də baş məşqçisiz.

“Neftçi”nin bu yay başına gələn gülünc hadisə təkcə baş məşqçi seçimi və bu mövzu ətrafında aparılan oyunlar olmadı. Elə kapitan Emin Mahmudovun “batan gəmi”ni tərk etmək həvəsi ölkənin ən qocaman klubunun imicini xeyli zədələdi. İş o yerə çatdı ki, Emin “Neftçi”nin Rusiyaya yollanan heyətində yer almadı. Klubun rəsmi şəkildə “Mahmudov bizim futbolçu deyil, onun müqavilə müddəti bitib” açıqlamasını səsləndirməsi kapitanla “ağ-qaralar” arasındakı bağların qopmasının göstəricisi idi. Amma gözü yolda, qulağı səsdə olan Emin işbaz menecerinin vəd etdiyi məbləğdə təklif almayınca əli ətəyindən uzun şəkildə “Neftçi”yə “hə” deməli oldu, yeni müqaviləyə imza atdı. Bütün bu nüanslar “Neftçi”nin düşdüyü acınacaqlı və düşündürücü vəziyyətin göstəricisidi. Məlum məsələdi ki, klub düzgün idarə olunsaydı, nə baş məşqçi məsələsi belə “sabun operası”na dönərdi, nə də kapitan “batan gəmi”ni tərk etmək sevdasına düşərdi. Bütün suallar zamanında cavabını tapar, “Neftçi” uğursuz mövsümdən sonra toparlanar, nöqsanları aradan qaldırıb, gələcəyə daha ümidlə baxardı.

Onlar nə etdilər? Baş məşqçisi olmayan, kapitanıyla dil tapılmayan komandanı təcrübəsiz İqor Getmanın rəhbərliyi altında Sankt-Peterburqa göndərdilər. Heç əməlli-başlı transferlər də edilmədi, komplektləşmədən isə danışmağa dəyməz. İş o yerə gəlib çatdı ki, Getman zədələnən qapıçı Aqil Məmmədovun əvəzinə İvan Brkiçi yenidən oyuna qaytardı. “Zenit” və “Srvena Zvezda” ilə matçlardakı görüntü və qeydə alınan hesablar isə “Neftçi”nin düşdüyü acınacaqlı vəziyyətin real göstəricisidi. Elə bu yerdə adamın yadına Cəbiş müəllimin arvadı düşür. Verəydi sinəsini irəli, deyəydi ki, bu vəziyyətdə “Neftçi”ni Sankt-Peterbuqra aparıb el-aləmə rəzil etməyin, düşmənləri güldürməyin. Ayıbdı axı.

Bu nəticələrə “yoxlama oyunudu” deyib, etinasız yanaşmaq olmaz. Acınacaqlı məğlubiyyətlər futbolçuların psixologiyasına da mənfi təsir göstərəcək, onların mübarizə əzmini azaldacaq. İş o yerə gəlib çata bilər ki, Rusiyadan məğlub psixologiyası ilə dönən futbolçular Konfrans Liqasının oyunlarına ayaqları əsə-əsə çıxarlar. Belə olan halda məsuliyyət kimin üzərinə düşəcək? Təbii ki, heç kimin. Ortada nə bir səlahiyyət sahibi var, nə də rəsmi şəxs. Biz “Neftçi”ni kimin idarə etdiyini, qərarların kim tərəfindən verildiyini də bilmirik. Çox təəssüf ki, reallıq belədi.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

28-06-2023, 17:0

"Neftçi" Bakıdan gedir

Ölkə futbolu

10-07-2023, 11:0

“Neftçi” və “Zenit” qələbə şansını itirdi, “Fənərbaxça” isə...

Ölkə futbolu / Manşet

8-07-2023, 22:0

Serblər "Neftçi"ni darmadağın etdi - YENİLƏNİB

Premyer-liqa

29-06-2023, 14:0

"Neftçi" Rusiyaya çatdı

Manşet

1-07-2023, 22:0

""Neftçi" "Zenit"ə uduzdu - YENİLƏNİB

Premyer-liqa / Manşet

21-05-2023, 12:0

"Neftçi" Rusiya, Türkiyə və Serbiya nəhəngləri ilə qarşılaşa bilər - AÇIQLAMA

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 234
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə