Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" bu gün "PARİ Premier" kubokunda ikinci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşıb.
Sankt-Peterburqdakı "Smena" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.30-da start götürüb. Qarşılaşma serblərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Neftçi" turnirdə ardıcıl 2-ci görüşündən məğlub ayrılıb. Kollektiv çempionatda son qarşılaşmasını "Fənərbaxça"ya qarşı keçirəcək.
"Match TV" turniri
8 iyul
Neftçi (Azərbaycan) - Srvena Zvezda (Serbiya) 0:4
Qol: İvanoviç, 9 (0:1). Mitroviç, 17 (0:2), Bukari, 45+1 (0:3). Şliviç. 81 (0:4).
Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Yermakov (hamısı Rusiya)
Var hakimi: Nikolay Voloşin (Rusiya)
Sankt-Peterburq. "Smena" stadionu. Saat 20.30.