“Sabah” “Abşeron Lions” ilə üz-üzə - final seriyası başlayır

29.04.2026 11:25 35
İdman
Bu gün Azərbaycan Basketbol Liqasında final mərhələsinə start verilir.

"Football-plus az" xəbər verir ki, həlledici seriyada “Sabah” ilə “Abşeron Lions" çempionluq uğrunda mübarizə aparacaq.

Finalın ilk oyunu Bakı İdman Sarayında keçiriləcək və saat 19.00-da başlayacaq.

Qeyd edək ki, seriyada üç qələbə qazanan tərəf ölkə çempionu adını əldə edəcək.