Bizi "Böyük Dəbilqə"də kimlər təmsil edəcək? - SİYAHI

29.04.2026 11:59 27
İdman
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 1–3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan mötəbər yarışda kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq.

Kişilər
-60 kq

Murad Muradlı

-66 kq
Nizami İmranov
İslam Rəhimov

-73 kq
Rəşid Məmmədəliyev

+100 kq
Uşanqi Kokauri
Camal Qamzatxanov