Avropa Azərbaycan Məktəbində millimizin sabiq üzvü, "Qarabağ"ın keçmiş futbolçusu Qara Qarayevin kitabının təqdimat mərasimi və imza günü keçirilib.
"Football-plus.az" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak edib.
“Qara Qarayev” adlanan kitab veteran futbolçunun həyat və karyerasından bəhs edir.