AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda

29.04.2026 14:58 54
Ölkə futbolu
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.