“Neftçi” və “Zenit” qələbə şansını itirdi, “Fənərbaxça” isə...

10.07.2023 11:34 293
Ölkə futbolu
Sankt-Peterburqda keçirilən “PARI Premyer” kubokunda dünən daha bir oyun baş tutub.

“Football-plus.az” xəbər verir ki, Rusiya çempionu “Zenit” Türkiyə nəhəngi “Fənərbaxça”nı penalti seriyasında məğlub edib (oyun 0:0 hesabıyla bitib).

Penalti seriyası sayəsində qazanılan qələbəyə görə 2 xal verildiyindən meydan sahibləri də turniri qalib kimi bitirmək şansını əldən verib. Daha əvvəl “Neftçi” də bu şansı itirmişdi. Hazırda turnir cədvəlində belə vəziyyət yaranıb:

1. Srvena Zvezda 2 2 0 0 6-1 6
2. Zenit 3 2 0 1 4-3 5
3. Fənərbaxça 1 0 0 1 0-0 1
4. Neftçi 2 0 0 2 1-7 0

İyulun 12-də “Srvena Zvezda”, 15-də isə “Neftçi” ilə qarşılaşacaq “Fənərbaxça” hər iki oyunun əsas vaxtında qalib gələrsə, kuboku qazanacaq.