• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır

Dünya futbolu

29-04-2026, 19:0

Aprelin 12-də bundesliqanın ortabab təmsilçisi “Union” Avropa futbolunda birdən-birə ən çox müzakirə edilən kluba çevrildi. Məsələ burasındadı ki, baş məşqçi vəzifəsinə qadın təyin olundu. Mari-Luize Eta nəinki bundesliqa, bütövlükdə “böyük beşlik” tarixinin ilk qadın baş məşqçisi oldu!

34 yaşlı bu xanım daha öncə “Union”da köməkçi kimi çalışmış və cari mövsümə berlinlilərin U-19 komandasında başlamışdı. Mari-Luize Etanın tarixi debütü uğursuz alındı. “Union” evdə “Volfsburq”a 1:2 məğlub oldu. Eta bundesliqanın rəsmi saytına müsahibə verib. Onun müsahibəsindəki ən maraqlı ifadələrlə sizi tanış edirik:

“Vensan Kompaniyə mənim haqda dediyi xoş sözlərə görə təşəkkür edirəm. Onun “Real”la oyunöncəsi mətbuat konfransıda dediyi sözlərin videosunu dərhal mənə göndərdilər. Onu uğurlu mövsüm keçirməsi və artıq bundesliqa çempionluğunu qazanması münasibətilə təbrik edirəm. Başqalarının özü haqda yox, sənin haqda danışdıqlarını eşitmək hər zaman xoşdu. Bu vəzifəyə gələndən sonra bir çox məşqçilərdən və futbolçulardan təbrik mesajları aldım. Düşünürəm ki, futbolda məşqçinin kişi və ya qadın olması prinsipial rol oynamamalıdı. Hər şey həmin şəxsin göstəridyi performans və əldə etdiyi nəticələr ilə bağlı olmalıdı. Bu təyinatdan sonra özümə qarşı bu boyda marağın olacağını gözləyirdimmi? Əslində buna hazır idim. İki il önə köməkçi vəzifəsinə təyin olunanda da eyni halla qarşılaşmışdım. Hərçənd yenə də ilk mətbuat konfransımda kameraların və mikrofonların sayı məni yaxşı mənada təəccübləndirdi. Ancaq sürpriz olmadı. Bilirdim ki, bu vəzifəyə gəlməklə müəyyən mənada cığır açmış olacam. Bir çoxları artıq mənə rol-model kimi baxacaq və bunun əhatə dairəsi getdikcə genişlənəcək. Ancaq mənim üçün ən önəmli şey meydanda yaşananlardı. Əsas işim futboldu. Məni bura komandaya qələbələr qazandırmaq üçün gətiriblər. Komanda şəklində mühüm işlər görmək, başqaları ilə ünsiyyət qurmağı bacarmaq həmişə məni özünə cəlb edib. Hərçənd söhbət açılmışkən, deməliyəm ki, bu təyinatımdan sonra kişi futbolunda qadın məşqçilərinin sayının artması heç də pis olmazdı. Burda hər kəs tərəfindən xoş qarşılandım. İlk işim futbolçuları bir araya toplayaraq əvvəlcə onları dinləmək, sonra ideyalarımı onlara aşılamaq oldu. İlk məşqdən sonra pozitiv enerji aldım və futbolçuların mənə güvəndiklərini hiss etdim. Son həftələr komanda üçün yaxşı keçməmişdi. Uğursuz nəticələrdən sonra oyunçuların özlərinə inamı azalmışdı. Ancaq onlarla ilk gündən aramızda səmimi münasibət yarandı. Mən öz ideyalarımı və komandaya aşılamaq istədiyim fəlsəfəni onlara danışdım. Zatən bu ideyaları “Volfsburq”la ilk oyunumzda da görmək olardı. Baxmayaraq ki, nəticə istədiyimiz kimi olmadı. Məğlubiyyət bizi üzsə də, düzgün istiqamətdə irəlilədiyimizi düşünürəm. İndi əsas məsələ həvəsdən düşməmək və növbəti oyuna hazırlaşmaqdı. Hər şeyin bir andaca yoluna düşəcəyini düşünmək düzgün deyil. Ancaq komandamın həm topla, həm də topsuz oyunu məni gələcəyə ümidlə baxmağa vadar etdi. O matçda fasilədən dərhal sonra ikinci qolu buraxmağımız çox pis oldu. Buna baxmayaraq, oyun intizamından qopmadıq və matçın qalan bölümündə bir çox fürsət yaxaladıq. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyunu yaxşıca təhlil edərək pozitiv məqamların üzərində xüsusi dayandıq. Çünki məhz həmin məqamlara əsaslanaraq yolumuza davam etməliyik. Belə oynamağa davam etsək, əminəm ki, nəticələrimiz yaxşılaşacaq. Elitada qalacağımıza və lazımi qədər xallar toplayacağımıza şübhəm yoxdu. Oyunçular kifayət qədər peşəkardı və hər şey öz əlimizdədi. “Leyptsiq”ə qarşı, eləcə də digər oyunlarda xallar toplamağa çalışacağıq. Düzdü, müdafiə olunmaq, yığcam oynamaq və rəqibə təzyiq göstərmək çox vacibdi. Amma müdafiə ilə yanaşı, hücum etmək və qol vurmaq da lazımdı. Komandamın cəsur futbol oynamasını istəyirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-04-2026, 22:0

''Böyük beşliy''in ilk qadın məşqçisi məğlubiyyətləri sıralayır

Dünya futbolu

12-04-2026, 23:0

Bundesliqanın tarixinə düşən xanım

Dünya futbolu

9-05-2024, 23:0

“Union”da növbəti məşqçi dəyişikliyi

Dünya futbolu

24-04-2026, 13:0

“Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL

Dünya futbolu / Manşet

7-05-2025, 12:0

Mahir 1-ci bundesliqada! – yeni komandası bəlli oldu

Dünya futbolu

27-01-2023, 15:0

"Union"dan iki transfer

Aktual
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
Son xəbərlər
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Dünən, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Dünən, 18:56
    MS-ni tərk edə bilər
  • Dünən, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Dünən, 17:55
    Mançesterdən Madridə yollandı
  • Dünən, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Dünən, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Dünən, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Dünən, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Dünən, 14:58
    Birmingemdən Londona yollandı
  • Dünən, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Dünən, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Dünən, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Dünən, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Dünən, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Dünən, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Dünən, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Dünən, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • 10-08-2026, 23:0
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • 10-08-2026, 23:0
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
Daha çox
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə