Kobbi Maynu “Mançester Yunayted”də daha uzun müddət çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun məlumatına görə, gənc yarımmüdafiəçi klubla yeni uzunmüddətli müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, komandanın sabiq çalışdırıcısı Ruben Amorimin dövründə oynamaq şans qazanmaqda çətinlik çəkən Kobbi məşqçi dəyişikliyindən sonra əsas heyətdə yerini bərpa edib.
Onunla müddəti 2031-ci ilə qədər razlaşdırılan sözləşmə imzalanması gözlənilir. Məlumatda müqavilənin yaxın günlərdə rəsmən açıqlanacağı qeyd olunur.