• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tebasın İspaniya nəhəngləriylə müharibəsi davam edir - TƏHLİL

Dünya futbolu

27-03-2023, 21:0

Xavyer Tebas ilk dəfə 2013-ün aprelində La Liqanın prezidenti seçildi. Bu postu tutduğu birinci müddətdə onun çempionatın iki nəhəngi – “Real” və “Barselona” ilə münasibətlərini soyuq kimi qələmə vermək olardı.

"Football-plus.az" xəbər verir ki, ancaq tərəflər arasında böyük qalmaqallar yaşanmırdı. Hər şey funksionerin 2019-cu ilin dekabrında keçirilən seçkidə yenidən qalib gəlməsindən sonra dəyişdi. Tebas İspaniya çempionatında klubların müflisləşməsinə imkan verməmək adı ilə həm “Real”a, həm də “Barsa”ya ciddi problemlər yaratdı. Madridlilərin iqtisadi dayaqları daha möhkəm olduğundan, onlar bu çətinlikləri hiss etmədi. Əvəzində Neymarın satışından sonra transferlərə böyük pullar xərcləyən Kataloniya təmsilçisi “batmağa” başladı.

Bartomeu təhlükədə, Laporta rahat nəfəs ala bilər
Tebasın qanunlara nöqtə-vergülə qədər riayət etmək sevdası ümumilikdə çempionata da ziyan vurdu. İspaniyanın top-klublarını çərçivəyə salan funksioner onların bütün gəlirlərdən istədikləri kimi istifadə etməsinə imkan vermədi. Bu isə “Real”la “Barselona”nın “transfer bazarı”nda işini çətinləşdirdi. Məsələ o yerə çatdı ki, əzəli və əbədi rəqib olan bu klublar, həmçinin azarkeşləri belə Tebasa qarşı birləşdi. Hələ 5-10 il əvvəl bunu təsəvvür etmək qeyri-mümkün idi.

Əslində La Liqanın prezidenti “Barselona”ya qarşı sanksiyalar qəbul etmək üçün hüquqi əsaslarının olmadığını dilə gətirəndə kimlərəsə elə gələ bilərdi ki, “göy-qırmızılar” sudan quru çıxdı. Xatırladaq ki, bir müddət əvvəl Kataloniya klubunun 2001-18-ci illərdə İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin vitse-prezidenti Xose Neqreyraya ümumilikdə 7,3 milyon avro ödəməsi ortaya çıxdı. Ancaq hər şey “blauqrana” üçün bu qədər asan olmadı. Tebas növbəti açıqlamalarında İspaniya prokurorluğu “Barsa”nın əməlində kriminat tərkib aşkarlayacağı təqdirdə La Liqanın da işə qarışacağını açıqladı. Nəhayət, birdən-birə üç bənd - idman biznesində korrupsiya, keyfiyyətsiz idarəçilik və sənədlərin saxtalaşdırması üzrə ittihamlar funksionerin əl-qolunu açdı.

Neqreyradan başqa ittiham olunanlar arasında “Barselona”nın sabiq prezidentləri Sandro Rossel və Jozep Bartomeu, eyni zamanda, həmin illərdə klubun rəhbərliyində yer alan Oskar Qrau və Alberto Soler da var. Maraqlıdı ki, Kataloniya təmsilçisi hələ Laportanın ilk prezidentlik dönəmində də belə ödənişlər etmişdi. Ancaq möhlət müddəti bitdiyi üçün prokurorluq həmin dövrü araşdırmayacaq. Başqa sözlə, “Barsa”nın indiki rəhbəri maksimum yalnız şahid rolunda dindiriləcək.

Ən böyük təhlükə Bartomeunu gözləyir. Klub hələ onun prezidentliyi vaxtında hüquq-mühafizə orqanlarının diqqətini çəkdi. “El Confidencial” nəşrinin məlumatına görə, “Barselona” özü-özünü ələ verdi. Kataloniyalılar Neqreyranın oğlunun firmasının vasitəsilə atasına edilən ödənişlərdən vergi tutulmasına nail olmaq istədi. Nəticədə Vergilər Nazirliyi qanun pozuntularını aşkarladı, ardınca isə süni şəkildə qaldırılan qiymətlərə və mümkün saxta ödənişlərə diqqət yetirdi. 900 min avro qənaət etməyə çalışan “Barsa” təxminən bu məbləğdə cərimə ödəməklə də canını qurtara bilərdi. Ancaq proses uzandığına və katalonlar gec razılıq verdiyinə görə iş prokurorluğa qədər gedib çıxdı, orda isə işi dərindən araşdırmağa başladılar.

“Barsa” rəhbərliyindən taktiki pauza
“Barselona” Neqreyranın Texniki Hakimlər Komitəsinin vitse-prezidenti postunda pul müqabilində hakimlik planında klubun lehinə olan hərəkətləri icra etməsi üçün onunla gizli şifahi razılığa gəlib”, - deyə prokurorluğun bəyanatında qeyd olunur.

Göründüyü kimi, ciddi ittihamdı. Yuxarıda adı çəkilən şəxslər böyük məbləğə cərimələnə və hətta 6 il müddətinə qədər həbs cəzası ala bilər. Bəs reallıqda necə olacaq? Söhbət ilk növbədə dəlil bazasından gedir ki, istintaqın bu mənada ciddi problemlərlə üzləşəcəyi gözlənilir. Məsələn, altsheymer xəstəliyindən əziyyət çəkən Neqreyra ifadə verməkdən imtina hüququndan istifadə etdi. Bu səbəbdən onun postundan gedəndən sonra “Barselona”ya VAR ilə bağlı kömək təklif etməsinin detallarını öyrənmək çətin olacaq. Məsələnin ciddiliyini anlamaq qeyri-mümkündü, çünki klub bu xəbərə heç bir reaksiya vermədi.

Hazırkı anda prokurorluğun davranışında müəyyənlik çox azdı. Aydın məsələdi ki, müstəntiqlərə hakimlərin alınması ilə bağlı konkret və sübuta yetirilmiş faktlar lazımdı. Hələlik təkcə VAR-da işləyən Xavyer Estrada Fernandes yazdığı ərizədə Neqreyranın hakimlərə təsir etmək gücündə olduğunu və məmurun hərəkətlərində tamah motivinin sezildiyini qeyd edib. Ancaq bu da faktlar yox, ehtimallardı.

Üstəlik Texniki Hakimlər Komitəsinin referilərin təyinatları ilə əlaqəsi yoxdu və yalnız onların işini qiymətləndirməklə məşğuldu. Bəzi ekspertlər hətta hüquq-mühafizə orqanlarının bəyanatlarının böyük ölçüdə media xarakterli olduğunu ehtimal edirlər. Əvəzində “Barselona”nın informasiya savaşındakı hücumu tam sürətlə davam edir. Kluba yaxın olan mətbuat orqanlarında artıq xeyli material işıq üzü görüb. Həmin yazılarda “Barsa”nın Neqreyraya ödəniş etdiyi dönəmlərdə titulların qazanılmasına imkan verməyən hakim səhvləri qabardıldı. Hətta 1972-90-cı illərdə İspaniya Hakimlər Komitəsinin sədri vəzifəsini tutmuş Xose Plasanın “postumda qalana qədər “Barselona” çempion olmayacaq” ifadəsini işlətməsi də ortaya çıxdı.

Rəsmi səviyyədə isə Kataloniya klubu taktiki pauzaya üstünlük verdi. Laporta müstəqil hüquqşünaslara işi hərtərəfli araşdırmağı tapşırdı və onlardan detallı cavab alandan sonra geniş şərh vermək fikrindədi. Hələlik klubun bəyanatında bunlar deyilir: “Barselona” davam edən araşdırmaya kömək etməyə hazırdı. Özündə şikayəti əks etdirən prokurorun rəyi yalnız ehtimaldı. İttihamları məhz yaxın gələcəkdə başlanacaq məhkəmə araşdırmasında təsdiq və ya təkzib etmək lazım gələcək”.

“Real”dan gözlənilməz zərbə
Laporta özü isə sosial şəbəkə hesablarında “Barsa” azarkeşlərinə ünvanladığı video ilə kifayətləndi: “Rahat ola bilərsiz. “Barselona” günahsızdı və adına xələl gətirmək üçün bir çoxlarının cəlb olunduğu kampaniyanın qurbanıdı. Klubu müdafiə edəcək və günahsızlığını sübuta yetirəcəyik. Çoxları üzr istəməyə məcbur qalacaq. “Barsa”nın imicinə zərər dəyməyəcək. Kluba ziyan vurmağa çalışan əclaflarla qarşılaşmaq üçün çox həyəcanlıyam. “Barselona” dəyərləri olan klubdu. Bu, mükəmməl modelimizin əsas hissəsidi. Bizə qarşı yönələn kampaniya yalan üzərində qurulub. İdarə Heyətinin klubun müdafiəsi üçün əlindən gələn hər şeyi edəcəyinə əmin ola bilərsiz. Bizə qarşı çıxanlar istədiyini ala bilməyəcək. Bu klub dəyərlərimizi və hisslərimizi təmsil edir. Komanda bunu meydanda son damla qanını və tərini qoymaqla göstərir!”

Yəqin ki, “Real”ın dəyişən mövqeyi olmasa idi, Laportadan heç bu açıqlamanı da eşitməyəcəkdik. Katalonların Avropa Superliqası layihəsi üzrə müttəfiqi əvvəlcə La Liqanın saytında yayılan və “Barselona”nı mühakimə edən bəyanatı dəstəkləmədi. Halbuki elitada və Sequnda B-də mübarizə aparan digər 40 klubun hamısı La Liqanın tərəfini saxladı. Artıq hamının “Real” ilə “Barsa”nın həmrəyliyi haqda danışdığı bir vaxtda isə Florentino Peres təəccübləndirdi. O, Kataloniya prokurorluğunun “Barselona”ya qarşı irəli sürdüyü ittihamlardan sonra təcili sürətdə klubun direktorlar şurasının iclasını çağırdı. Müşavirənin ardından “Real” məsələnin ciddiliyi ilə bağlı naraahtlığını ifadə etdi, hüquq sisteminə tam etibarını və proses başlayandan sonra nümayəndələrinin haqlarını müdafiə etmək üçün məhkəmədə iştirak etməyə hazır olduğunu bildirdi.

Əlbəttə, bu, Laporta üçün ciddi sürpriz və zərbə oldu. Bəlkə də Peres həmin yolla “Real”ın azarkeşlərinin könlünü daha da almaq istədi. Ya da 40 klubdan kənarda qalmamaq üçün formallıq xatirinə belə bəyanat yayıldı. Ancaq “Barsa”nın prezidenti həmkarının bu addımından xeyli məyus oldu. Təsadüfi deyil ki, “El Klasiko”dan əvvəl prezidentlərin iştirakıyla baş tutmalı olan ənənəvi nahar məhz Kataloniya klubunun təşəbbüsü ilə ləğv edildi.
Hər halda, “Barselona”nın indidən təslim olmaq üçün heç bir səbəbi yoxdu. “El Mundo” nəşrinin məlumatında da prokurorluğun bəyanatının gözləniləndən yumşaq olduğu, hətta məhkəmənin iş açmaqdan imtina etmək üçün əsaslana biləcəyi bəndlərin yer aldığı göstərilir. Özü də “Barsa” artıq ciddi hüquq davaları ilə bağlı təcrübəyə də malikdi. Vaxtilə Rossel həbs olunsa və maliyyə fırıldağında günahlandırılsa da, İspaniya Ali Məhkəməsi ona bəraət qazandırdı. O, “Barselona”nın digər vitse-prezidenti Bartomeu ilə birgə Neymarın tranferiylə bağlı işdən üzüağ çıxdı. İndi isə ekspertlər mümkün bütün variantları nəzərə alıb, bir məsələdə həmfikirdilər: “Barsa” ən pis halda cərimə ödəməli olacaq.

Reaksiya
Xavyer Tebas, La Liqanın prezidenti: “Barselona” Qavi ilə imzaladığı yeni müqaviləni qeydiyyatdan keçirə bilmir, çünki klub maaş limitini aşıb. Söhbət 200 milyon avrodan gedir. Klublara aid nəzarət qaydalarını poza bilmərik. “Barsa” üçün problemin tək mümkün həlli iqtisadi planın hazırlamasından ibarətdir. Klub yeni iqtisadi paketləri aktivləşdirə bilməyəcək. Hətta həmin paketlər mövcuddusa belə, onlara artıq bundan istifadə etməyə icazə verilməyəcək. “Barselona” zirvədə idi, ancaq xərclər planında həddən artıq irəli getdi. “Real” qazandığının hamısını xərcləmir, pul daxılı var, hər il 25 milyon avro gəliri olur. “Barsa”da isə vəziyyət tam fərqlidi”.

Yeri gəlmişkən...
Texniki Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın “Barselona” üçün hazırladığı hesabatlar artıq istintaqın əlinə keçib. Sənədlər ötən ilin dekabrında dünyasını dəyişən Kataloniya klubunun keçmiş direktoru Xosep Kontrerasın evindən tapılıb. Neqreyranın hər hakimlə bağlı hesabatının cəmi 2-3 səhifəlik olduğu bildirilir. “Barselona”nın 17 il ərzində ümumilikdə 7,3 milyon avroya ödədiyi sənədlərin qeyri-peşəkar hazırlandığı məlum olub.
“Libertad Digital”ın məlumatına görə, orfoqrafik səhvlərlə zəngin hesabatlar çox sadə və səthi hazırlanıb. Nəşr hətta onlardan birini oxucularının diqqətinə çatdırıb. 2012-ci ilin noyabrında keçirilən “Malyorka” – “Barselona” oyununun baş hakimi Naço İqnasio İqlesias Vilyanueva haqda hesabatda aşağıdakılar qeyd olunub: “Fiziki cəhətdən əla hazırlıqlıdı, oyunu çox diqqətlə izləyir. Naço texnikası və intizamı yüksək olan hakimdi, bu da onu reqlamentin nəzərdə tutduğu bütün vəziyyətlərdə (əllə oyun, dirsəklə zərbə, rəqibə qarşı arxadan “sürüşmə” fəndi, referinin fiti olmadan oyuna başlamaq və s.) futbolçulara xəbərdarlıq etməyə məcbur qoyur. Təmkinliyi və cəsarəti sayəsində sarı və ya qırmızı vərəqəyə layiq olan istənilən oyunçunu uyğun şəkildə cəzalandırır. Cəsurdu, adətən, qərarları yaxşıca ölçüb-biçəndən sonra verir, buna görə də xəbərdarlıqları həmişə ədalətlidi. Güclü xarakterə və ya xarizmaya sahib deyil, ancaq özünəinamı və ağlı matçları effektiv “qazanmasına” kömək edir.

Özünə çox əmindi, bu isə müsbət cəhət olsa da, eyni zamanda, köməkçilərinin qərarlarına daha az inanmasına və dəstəkləməsinə gətirib çıxarır. Onların işarəsindən sonra da qayda pozuntularını qeydə alacaq, amma bu epizodlarda daha az sarı vərəqə göstərəcək. Qapıçı və ya cərimə meydançasında olan hansısa futbolçu zədələnsə, tərəddüd etmədən matçı dayandıracaq. Qıraqdan çox sakit görünür, həm də diqqət mərkəzinə necə və nə vaxt düşməli olduğunu bilir. Bunun üçün oyunçuları susdurmalı olduğu epizodlarda güclü xarakterini və böyük qətiyyətini nümayiş etdirməyi bacarır.
Simulyasiyaları sevmir, hərçənd futbolçunun bunu hakimləri aldatmaq üçün etdiyinə tam əmin olmasa, ona sarı vərəqə göstərməyə risk etməyəcək. Adekvatdı, onunla nəzakətli danışmaq mümkündü, əsassız və yolverilməz etirazlara isə icazə vermir. Qərarları çox əminliklə qəbul edir”.

Maraqlıdı...
Neqreyranın “Barselona” üçün hazırladığı bir hesabat gündəm olub. Belə ki, o, 2012-ci il oktyabrın 7-də “Kamp Nou”da keçirilən və 2:2 bitən “El Klasiko”dan əvvəl meydan sahiblərinin futbolçularına simulyasiya etməyi məsləhət görüb.

Texniki Hakimlər Komitəsinin o vaxtkı vitse-prezidenti bunu baş hakim Karlos Delqado Ferreyronun ilk dəfə “Barsa” ilə “Real”ın matçını idarə etməsiylə əsaslandırıb. Üç səhifəlik hesabatda referinin bu komandaların iştirakıyla görüşlərin statistikası, həmçinin özü haqda bəzi məlumatlar yer alıb. Hakimin təzyiqin öhdəsindən yaxşı gəldiyi, özünə inandığı, şübhə etmədən istənilən sərtliyin qarşısını aldığı, ancaq həmkarları ilə müqayisədə pis fiziki formada olduğu göstərilib. Delqado Ferreyronun yavaş qaçdığını və tez-tez meydanın mərkəzində qaldığını “Barselona” tərəfinə çatdıran Neqreyra futbolçulara fürsət düşən kimi qazona yıxılmağı və ya dayanmağı məsləhət görüb. Bu, baş hakimi qayda pozuntusunu qeydə almağa məcbur etməli idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-06-2022, 22:0

Tebas “Yuve” ilə MS-dən nə istəyir?

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə