La Liqa PSJ ilə yanaşı, daha iki klubun cəzalanmasına nail olmaq istəyir. İspaniya La Liqasının prezidenti Xavyer Tebas UEFF-ya “Yuventus”la “Mançester Siti”dən şikayət edib. O, belə hesab edir ki, adı çəkilən klublar apardıqları siyasətlə qaydaları pozurlar və futbolun ekosisteminə təhdid rolunu oynayırlar. Kəsəsi, Tebas İspaniya və Avropa futbolunu qeyri-bərabər şərtlərlə mübarizə gerçəyindən qorumaq niyyətindədi.
Xatırladaq ki, bir neçə gün əvvəl La Liqanın, eləcə də Tebasın Kilian Mbeppanın PSJ ilə müqavilə müddətini uzatmasına görə UEFA-ya və məhkəməyə müraciət etmək niyyətində olduğuna dair xəbər yayılmışdı.