Braziliya futbolunda müəmmalı hadisə baş verib. “İtuano”nun qapıçısı Sian Kayo vəfat edib.
Football-plus.az xəbər verir ki, B seriyasında çıxış edən İtu klubunun rəsmi saytının yaydığı xəbərdə 21 yaşlı fotbolçunun evində ölü halda tapıldığı bildirilib. Hadisənin fevralın 18-də baş verdiyi ehtimal olunur. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kayo ölkənin istedadlı qapıçılarından sayılırdı. O, “San Paulu”nun yetirməsi idi.