• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Everton”un növbəti fiaskosu: Qruneveld tibbi baxışdan keçdi və ...qaçdı!

Dünya futbolu

30-01-2023, 19:0

“Everton”un iztirabları davam edir: təhlükəli zonada qərarlaşan klub bazar ertəsi Frenk Lempardı qovdu və ona təcili varis axtarır.

Bütün bunlar azmış kimi, çərşənbə axşamı daha bir arzuolunmaz hadisə baş verdi. Tam razılaşdırılan müqavilə pozuldu. “Everton” “Vilyarreal”ın niderlandlı hücumçusu Qruneveldin transferini razılaşdırmışdı, yarımilliyə icarəyə götürürdü. Forvard həftəsonu zəruri tibbi müayinələrdən keçdi və hətta klub mediası üçün çəkildi.

Gözlənilirdi ki, “Everton” çərşənbə axşamı Arno Dancumanın transferini elan edəcək. Ancaq elə həmin gün futbolçu Londona yollandı – “Tottenhem” onun “saqqızını oğurladı”. Bəli, Liverpulda tibbi müayinədən keçəndən sonra! “The Guardian” yazır ki, niderlandlı son anda İngiltərə Futbol Assosiasiyasına göndəriləsi sənədi doldurmaqdan boyun qaçırıb – “Everton”dakı qeyri-müəyyənlik onu qorxudub. “Sky Sports” isə əlavə edir ki, Qruneveld premyer-liqada 19-cu yerdə olan komandaya keçidə razılıq verəndə hara gedəcəyini bilirdi. Məhz “Everton” naminə daha sərfəli təklifləri rədd etmişdi. Odu ki, hər şey Lempardın istefası ilə bağlıdı. Məhz sabiq baş məşqçi Arnonun “Everton”a transferində israrlı idi. “Tottenhem”dən yazan insayderlərin dediyinə görə, Lempard qovulandan sonra futbolçunun agenti London klubu ilə təmasa keçib və hücumçunun xidmətini təklif edib.

Qruneveld ötən mövsüm “Vilyarreal”ın lideri idi: Emeri onu təmiz hücumçu mövqeyinə keçirmişdi və niderlandlı bütün turnirlərdə 16 qol vurmaqla komandanın bombardiri olmuşdu. İspaniyanın kiçik şəhərciyinin təmsilçusu ÇL-in yarımfinalına qədər irəliləmişdi. Bu uğurlar fonunda top-klubların onun xidmətində maraqlı olması təbii idi. Hələ yazda “Liverpul”un adı çəkilirdi. Ancaq Arno bu mövsüm bir qədər söndü: La Liqada yalnız “Osasuna” ilə oyunda dubl edib, Konfrans Liqası ilə İspaniya kubokunun da hər birində iki qol vurub. Bu il isə ehtiyat oyunçular skamyasının daimi sakinidi (çempionatda 1 dəqiqə oynayıb). Əlbəttə, “Vilyarreal” ilyarım əvvəl “Bornmut”dan 23,5 milyon avroya aldığı Qruneveldin satışında maraqlıdı. İspaniya klubu ən azı ödədiyini çıxarmaq istəyir. Qışda “Everton”la yanaşı, “Bornmut”a dönmək variantı da var idi. Liverpul klubu və Lempard daha ciddi maraq göstərirdi. “Everton” hücumu gücləndirməyə ciddi ehtiyac duyurdu – Kalvert-Lüin və Mope premyer-liqaya hərəyə bir qol vurub. Ancaq indi Qruneveld də əldən çıxdı.
“Everton”un problemi bu transferin pozulmasıyla məhdudlaşmır. “Nyukasl” da gənc hücumçu Entoni Qordonun arxasınca düşüb. “Everton”un öz yetirməsi olan, Liverpulda doğulan futbolçuya görə “Çelsi” yayda nəhəng para təklif edirdi (60 milyon funtdan artıq). Ancaq Qordon doğma klubda qaldı. Düzdü, “Everton” azarkeşləri Entonidən də narazıdı. Bir müddət əvvəl onlar futbolçunun maşınını mühasirəyə alaraq “sən bu futbolkanı daşımağa layiq deyilsən” qışqırırdılar. Yəqin ki, Liverpuldan olan oğlana yerli azarkeşlərdən belə tənə eşitmək xoş deyil. Onda hətta Lempard da Qordonun müdafiəsinə qalxdı – baş məşqçi azarkeşlərdən belə hərəkət etməməyi xahiş etdi. Ancaq “transfer pəncərəsi”nin açılmasıyla Qordonun klubu dəyişə biləcəyi ilə bağlı şayiələr gücləndi. Deyilənə görə, bu satış qış transferləri üçün pula ehtiyac duyan “Everton”un da marağındadı. “Nyukasl” hələ ki özünü hamıdan fəal göstərir, ancaq “Çelsi” də bu işdə var. Klublar hələ ki gənc oyunçunun qiyməti ilə bağlı razılığa gələ bilməsə də, “Sky Sports” belə hesab edir ki, 40 milyon məbləği “Everton”u tam qane edir. Məhz Qruneveld Qordona ideal əvəzedici ola bilərdi, amcaq son nəticədə Liverpul klubu nəinki birindən, hətta ikisindən də əlini üzmək perspektivi ilə qarşılaşıb. Odu ki, Ceymi Karragerin bugünlərdə “Everton”u “ölkənin ən pis idarə olunan klubu” adlandırması tam yerinə düşür.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-01-2023, 15:0

Lempard istefaya göndərilir

Dünya futbolu

30-06-2022, 20:0

“Tottenhem” ona görə 50 milyon funt sterlinq ödəyəcək

Dünya futbolu

27-01-2023, 18:0

“Tottenhem”də yeni hücumçu

Dünya futbolu

3-08-2022, 14:0

"Everton" afrikalı futbolçudan qurtulmaq istəyir

Dünya futbolu

27-08-2022, 20:0

Bir İngiltərə klubundan digərinə keçdi

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə