Meksika yığması uruqvaylıya tapşırıldı

30.01.2023 18:50 240
Dünya futbolu
Meksikanın futbol yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda uruqvaylı Gilyermo Almadaya tapşırılacaq. O, bu postda Xerardo Martinonu əvəzləyəcək.
54 yaşlı mütəxəssis hazırda ölkənin "Paçuka" komandasında işlədiyi üçün mövsüm başa çatandan sonra yığmanın “sükanı arxasına” keçəcək. Həmin vaxta qədər Xayme Losano baş məşqçi kimi fəaliyyət göstərəcək. O, daha sonra Almadanın köməkçisi olacaq.