Polşa millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.
Football-plus.az xəbər verir ki, Fernando Santoş bu vəzifəyə ən iddialı şəxsdi. O, Polşa Futbol Assosiasiyası ilə müqavilənin detallarını müzakirə edir. Danışıqlar son mərhələdədi. Ehtimal olunur ki, yaxın vaxtlarda Santoş 2026-cı ilin iyununa qədər sözləşmə imzalayacaq.