• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messinin öz dili ilə karyerasının ən yaxşı anları - ARAŞDIRMA

Dünya futbolu

20-12-2022, 23:0

Bu artıq ideal bir kolleksiyadı
Lionel Messi, çox güman, karyerasını hələ bir müddət də davam etdirərək bizi gözəl oyunu ilə valeh edəcək. Amma dünya çempionluğundan sonra artıq belə təəssürat yaranır ki, Leo karyerası ərzində bir peşəkar futbolçunun arzuladığı hər şeyə nail olub. Keçən il “FourFourTwo” jurnalına verdiyi müsahibədə Messi karyerasının unudulmaz 14 anı barədə danışmışdı. Biz də onun öz sözləri ilə bu anları xatırlayacaq, buna ötən ilin yayında qazanılan Amerika Kubokunu və son tarixi uğuru əlavə edəcəyik. İndi artıq bu ideal bir kolleksiyadı....

“Barselona”da debüt
2004-cü il oktyabrın 16-sı La Liqanın 7-ci turunda Kataloniya derbisində “Barselona” səfərdə “Espanyol”u Dekunun qolu ilə minimal hesabla məğlub etdi. Bu matçda “Barsa”nın növbəti 17 ilinə damğa vuracaq bir hadisə baş verdi. Messi 83-cü dəqiqədə qələbə qolunun müəllifinin əvəzinə meydana çıxmaqla debüt etdi: “Mən Frank Raykaardın məşqləri sayəsində artıq özümə kifayət qədər əmin idim. Bu, mənə əsas komandaya uyğunlaşmaq baxımından çox yardım etdi. Xüsusi bir gün idi. Çoxdankı arzum həyata keçdi. İndi xatırlayanda bu hadisənin üstündən nə qədər çox zaman ötdüyünü anlayırsan”.

“Barselona”da ilk qol
2005-ci il mayın 1-i. “Nou Kamp”a elitadan düşməsi rəsmiləşmək üzrə olan “Albasete” qonaq gəlir. Buna qədər La Liqada 6 qarşılaşmada ümumilikdə 74 dəqiqə meydanda olan və qol hesabını aça bilməyən Leo 88-ci dəqiqədə meydana çıxandan cəmi 3 dəqiqə sonra aşırma zərbə ilə fərqlənməyi bacarır. Ronaldinyonun o epizodda mükəmməl ötürməsi də, yəqin ki, indiyə qədər “Barsa” fanatlarının gözünün önündədi: “Həmin vaxt mənim üçün əsas komandada meydana çıxmaq özü artıq böyük uğur idi. Qollar vurmaq barədə, ümumiyyətlə, düşünmürdüm. Amma bilirdim ki, əlimə fürsət düşsə, özümü itirməyəcəm. Həmin hücumda Ronaldinyonun ötürməsi və mənim zərbəm də daxil olmaqla hər şey bir göz qırpımında baş verdi. Qolu bütün komanda şəklində qeyd etməyimiz də çox xoşuma gəldi”.

Dünya çempionatında ilk qol
2006-da Almaniyadakı mundialda qrup mərhələsinin ikinci turunda Serbiya və Monteneqro ilə qarşılaşmada (6:0) 75-ci dəqiqədə meydana çıxan Messi 88-ci dəqiqədə 6-cı qolu vurmaqla yekun nəticəni müəyyənləşdirdi. Ona mundiallarda növbəti qolu vurmaq üçün 8 il gözləmək lazım gələcəyini nəzərə alsaq, bu, həqiqətən də tarixi qoldu: “Heç bir həyəcan və stress keçirmirdim. DÇ-də oynamaq şansı qazandığım üçün sevincli idim. Gözəl və vacib qələbə qazandıq. Qrupun 2-ci oyunu idi. Meydana daxil oldum və qolumu vurdum. Mükəmməl hisslərdi”.

“El Klasiko”da het-trik
2007-ci il martın 22-də, “Nou Kam”pda La Liqanın 26-cı turu çərçivəsində baş tutan və 3:3 hesabı ilə bitən “El Klasiko”nu hər iki klubun fanatları, yəqin ki, gözəl xatırlayır. Düzdü, “Barsa” o oyunda qalib gələ bilmədi. Sonda isə çempionluq çox dramatik bir şəkildə Fabio Kapellonun “Real”ına qismət oldu. Amma Messi fenomeni artıq bütün çıpaqlığı ilə özünü biruzə verməyə başlayırdı və həmin gün Leo faktiki təkbaşına əzəli rəqibdən xal qopardı. Madrid nəhəngi iki dəfə hesabda öndə olsa da, Messi amili qonaqlara qalib gəlməyə imkan vermədi: “Real”a 3 qol vurduğum həmin oyunu həmişə xoş hisslərlə xatırlayıram”.

“Xetafe” ilə oyunda Maradonasayağı qol
Bu bəlkə də qəhrəmanımızın əsrarəngiz karyerasının ən gözəl qoludu. 2006/07-də İspaniya kubokunun yarımfinal mərhələsinin “Xetafe”yə qarşı ilk matçında Messi topu mərkəzdə qəbul edərək və qarşısına çıxan bütün rəqibləri keçərək qol vurdu: “Topu mərkəzdə qəbul edərkən müdafiəçilər arasında boş zona olduğunu gördüm. Təbii ki, o an qol vuracağımı heç ağlımdan da keçirmirdim. Sadəcə, boş zona ilə cərimə meydançasına qədər irəliləmək qərarına gəldim. Son ana qədər də topu tora göndərəcəyimə inanmırdım. Amma sonda zərbə üçün məqam tapa bildim”. 2020-ci ildə “Barselona” fanatları arasında keçirilən sorğuda bu, Messinin klubdakı ən gözəl qolu hesab olunmuşdu. Təbii ki, hamı bu qolu DÇ-1986-da Maradonanın ingilislərə vurduğu qolla müqayisə etməyə başladı. Maraqlıdı ki, bu hadisədən 2 ay sonra “Espanyol”la La Liqa matçında Messi Maradonanın daha bir “hoqqasını” təkrarlayaraq əllə qol vurdu!

Olimpiadada qələbə
Bu, Messinin yığmada qazandığı ilk tituldu. 2008-ci ildə Pekində keçirilən yay Olimpiya Oyunlarında Argentina həlledici qarşılaşmada minimal hesabla Nigeriyaya qalib gəldi. Həmin vaxt yeganə qolu Di Mariya vurmuşdu:

“Pekində yaşadıqlarım karyeramın ən gözəl anlarından biridi. Olimpiya Oyunları çox maraqlı turnirdi. Təbii ki, hər idmançının öz ölkəsi üçün medal qazanmaq istəyi bu yarışa xüsusi rəngarənglik qatır. Amma oranın iştirakçısı olmaq, olimpiya şəhərciyində yaşamaq və bu tədbirin bir hissəsi olmaq gözəl duyğudu. Mükəmməl matçlar keçirdik. Yarımfinalda Braziliyanı 3:0 hesabı ilə yendik. Halbuki braziliyalılar da çox güclü idilər. Niderland və Nigeriya ilə oyunlarda isə olduqca çətin qələbələr qazandıq. Komandada gözəl ab-hava var idi və bunun sayəsində qızıl medallara sahib çıxdıq”.


“Bernabeu”da 6:2-lik qələbə və “yalançı 9 nömrə”
2009-cu il mayın 2-də, yəni 2008/09 mövsümünün 34-cü turunda “Barselona” tarixinin ən möhtəşəm qələbələrindən birini qazanaraq “Santyaqo Bernabeu”dakı “El Klasiko”da “Real”ı 6:2 hesabı ilə meydandan silib-süpürdü. Halbuki “Real” o oyuna qədər son 54 xaldan 52-ni qazanmışdı! Amma Xosep Qvardiolanın “Barsa”sı qarşısıalınmaz idi. Messi həm də o matçda yeni mövqedə çıxış etdi:
“Hansı hesabla qalib gəldiyimizi nəzərə alsaq, xüsusi bir gecə idi. Mən özüm üçün tam yeni – “yalançı 9 nömrə” mövqeyində oynayırdım. Bu, Qvardiolanın xüsusi olaraq həmin qarşılaşma üçün fikirləşib ortaya çıxardığı bir plan idi! Bu da bizim maksimal dərəcədə effektli oynamağımıza yardım etdi. Bunun karyeramda ən yaxşı oyun olub-olmadığını bilmirəm. Amma dəqiq deyə bilərəm ki, bu matçı heç vaxt unutmayacağıq”.


ÇL-in finalında “Yunayted”ə başla vurulan qol
2009-cu ildə Romada “Yunayted”ə qarşı oyun Messinin karyerasında ÇL-in finalındakı ilk qarşılaşma idi. Çünki 2006-da Parisdə “Arsenal” ilə oyunda o, meydana çıxmamışdı. O görüş Leo üçün yaxşı başlamamışdı. Digər ulduzlar, Anri, Eto”O, Xavi və İnyesta daha fəal idilər. Amma ikinci hissənin ortalarında Xavinin gözəl asmasından sonra Messi özünə uyğun olmayan tərzdə - başla qol vurdu. Özü də Ferdinand və O”Şi kimi iki ucaboy müdafiəçinin arasından:
“O epizodda başla qol vurmaq ehtimalım cüzi idi. Çünki yanımda Ferdinand kimi müdafiəçi dayanmışdı. Amma mövqe seçimim çox yaxşı idi. Top da düz mən olduğum tərəfə gəldi. Top göydə olanda mən artıq beynimdə bu qolu vurmağı canlandırırdım. Tanrıya şükürlər olsun. Hər mənada çox vacib qol oldu. Ən çox bəyəndiyim qollarımdan biridi”.


“Bayer-04”ə qarşı penta-trik
2011/12-i Qvardiolanın “Barsa”dakı son mövsümü oldu. Komanda həmin vaxt da çox güclü idi və növbəti dəfə ÇL-i qazanmağa qadir idi. Amma “Çelsi” fenomeni bunun baş tutmasına imkan vermədi. 1/8 finalda Kataloniya nəhəngi “Bayer-04”ün, necə deyərlər, daşını daş ustə qoymadı. “Barsa” səfərdə 3:1, evdə 7:1 hesabı ilə qalib gəldi. “Nou Kamp”da 7 qoldan 5-ni hesabına yazan Messi ÇL-də penta-trik edən ilk futbolçu oldu. O, hələ də pley-offda bunu bacaran ilk və yeganə futbolçudu:
“Növbəti unudulmaz gecələrdən biridi. Bir oyunda 5 qol vurmaq hər gün alınmır. O vaxt hələ bu turnirdə bunu bacaran ilk futbolçu olduğumu bilmirdim. Sadəcə, öz oyunuma və komandanın oyununa görə sevinirdim”.


La Liqa tarixində ən məhsuldar oyunçuya çevrildiyi an
2014/15-in 12-ci turunda “Barsa” evdə “Sevilya”nı 5:1 hesabı ilə darmadağın etdi. Messi hesabı açmaqla o ana qədər 253 qolla La Liqa tarixinin ən məhsuldar oyunçusu olan Telmo Sarranın göstəricisini təkrarladı. İkinci hissədə Leo əvvəlcə dublunu rəsmiləşdirərək yeni rekrodçu oldu. Bu tarixi gecəni isə o, het-triklə tamamladı:
“La Liqa tarixinin ən çox qol vuran futbolçusu olmaq inanılmaz hissdi. Çünki bu turnirin tarixində bir çox əfsanəvi futbolçu çıxış edib. Mənim üçün çox böyük göstəricidi. Amma sevincimi qeyri-adi şəkildə qeyd etmədim. Əvvəlcədən heç bir sevinc hazırlamamışdım. Çünki qol vurandan sonra nə edəcəyimi heç vaxt düşünmürəm. Qol sevinci də oyunun özü kimi təbii alınanda daha gözəl olur”.


Dünya çempionatında 2-ci qol
DÇ-2010-u qolsuz tamamlayan Leo 4 ildən sonra qrupun ilk matçındaca həsrətə son qoydu. O, Bosniya və Hersoqovina ilə matçın (2:1) 65-ci dəqiqəsində İquaynla “divar ötürməsi” oynadıqdan sonra cərimə meydançası xətti üzərindən topu topra göndərdi:
“Zarafat deyil, DÇ-də ikinci qolumu vurmaq üçün 8 il gözləməli oldum. O turnirdə qarşımıza mümkün qədər irəliləmək məqsədi qoymuşduq. Turnirə qələbə ilə başladıq və mən həmin oyunda 2-ci qolumuzu vurdum. Finala qədər irəliləsək də, çempion ola bilmədik. Amma əlimizdən gələni etdik”.

ÇL-in yarımfinalında “Bavariya”ya vurduğu qol
2014/15-də Qvardiola artıq “Barselona”ya rəqib idi. Çünki “Barsa” ÇL-in yarımfinalında Pepin “Bavariya”sı ilə qarşılaşmalı oldu. “Nou Kamp”dakı ilk oyunda olduqca ağır keçən görüşdə 77-ci dəqiqəyə qədər hesab açılmadı. Amma sonra səhnəyə əsrarəngiz Messi çıxdı: 15 dəqiqəyə 2 qol, 1 məhsuldar ötürmə. Onun xüsusilə 80-ci dəqiqədə o dönəmdə dünyanın ən güclü müdafiəçilərindən sayılan Boatenqin başını gicəlləndirərək vurduğu qol sosial şəbəkələrin bəzəyinə çevrildi:
“Boatenqlə birəbir qalanda yalnız onu keçmək haqda düşünürdüm. Çünki onu keçəcəyim təqdirdə artıq qapıçı ilə təkbətək çıxacaqdım. Prinsip etibarilə bu epizod başqalarından əhəmiyyətli dərəcədə fərqlənmirdi. Belə vacib oyunda qol vurduğum və komandama yardım etdiyim üçün sevincliydim. Amma həmin gecə sosial şəbəkələr “dağılırdı”. Bizim oyunumuz insanların çox xoşuna gəlmişdi. Bu matça aid saysız-hesabsız şərhlər və videolar gördüm”.


ÇL-də çətin (və hələ ki sonuncu) qələbə
“Yuventus”a qarşı Berlindəki finalda (3:1) Leo qol və məhsuldar ötürmə ilə fərqlənməsə də, komandasının vurduğu hər 3 qolda iştirak etdi. İlk qolda Albanı hücuma məhz o qoşdu. İkinci qolda məhz Messinin zərbəsindən sonra Noyerin qaytardığı topu Suares tora göndərdi. 3-cü qolda da Messi ikili mübarizədə qalib gələrək topu mərkəzə qədər daşıdı və bir neçə saniyə sonra Neymar yekun nəticəni müəyyənləşdirdi: “Sonrakı mövsümlər göstərdi ki, biz 2014/15-də “trebl” qazanmaqla tarix yazdıq. Bəlkə də həmin vaxt buna lazımi qədər dəyər vermirdik. Bir çox güclü komandaları yenərək titula sahib çıxdıq. Halbuki rəqabət çox güclü idi və hər an mübarizəni dayandıra bilərdik”.

“Bernabeu”da dubl və “Barsa”da 500-cü qol
Messinin 2017-ci ilin aprelin 23-də “Bernabeu”da “Barsa”nın 3:2 hesabıyla qalib gəldiyi oyunda etdiyi qəhrəmanlığı öz dilindən eşidək: “Mənim üçün ideal bir qarşılaşma oldu. Hər şey istədiyim kimi getdi. 2 gözəl qol vurdum. Son saniyələrdəki qələbə qolum isə həm də “Barsa”nın heyətində yubiley – 500-cü qolum oldu. Bu qolu bundan vacib şəkildə vurmaq mümkün olmazdı. O an qol vurmasaydım, çempionluq şansımız məhv olardı. Bu qol bizi ruhlandırdı. Konkret o “El Klasiko”da isə qələbəyə layiq idik”. Amma qeyd edək ki, Messinin qəhrəmanlığına baxmayaraq, “Barsa” həmin mövsüm çempion ola bilmədi.

Amerika Kubokunda qələbə
2021-ci il iyulun 10-da Messinin karyerasında yeni səhifə açıldı. Olimpiadanı bir kənara qoysaq, o həmişə yığmada ciddi titullara həsrət qalmasına görə sərt tənqid olunurdu. Amma Leo bütün bu söz-söhbətə Amerika Kubokunu qazanmaqla son qoydu. Özü də finalda meydan sahibi Braziliya üzərində qələbə əldə olundu:
“O matçdan sonra dərin bir ah çəkdim. Psixoloji gərginlik üstümdən götürüldü. Ona qədər bu turnirdə dəfələrlə fürsətləri boşa vermişdim. Bu üzdən hətta kuboku qaldıranda da buna inanmağım gəlmirdi. Bunun bir yuxu olduğunu düşünürdüm. Mətbuat bizə uğursuz damğası qoymuşdu. Onlar bizi məsuliyyətsizlikdə günahlandırırdılar. Həqiqətən də əvvəlki Amerika Kuboklarında bir çox bəxtsizlik yaşamışdıq. Həmin titul karyeramın ən unudulmaz və ağır uğurudu. Çünki çox şeydən keçməli oldum. Nəhayət, tətilimə doyunca sevinə bildim. Əvvəllər isə bu turnirdən sonra üzgün şəkildə tətilə yollanırdım. Artıq övladlarım böyük fəxrlə Argentina mahnılarını oxuyurlar. Onlar tez-tez bu finalı xatırlayırlar”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-10-2022, 15:0

Messi "Barselona"ya dönəcək?

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 179
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə