• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həsən Əliyev: “Günü bu gün də özümə sual verirəm ki, niyə Olimpiya çempionu olmadım” – LAYİHƏ

İdman / Layihə / Manşet

18-12-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfəki həmsöhbətimiz də güləşçidi. Güləşin Yunan-Roma növü üzrə dünya və Avropa çempionatlarında adından söz etdirən Həsən Əliyev sullarımızın cavabında həm güləşə gəlişindən, həm də uğur qazanmağın sirrindən həvəslə danışdı.

- Həsən bəy, hər kəsin özünə görə bir tarixçəsi var. Siz güləşə necə gəldiz? Kimsə sizin istedadınızı hiss etdi, ya özünüz qəti qərar verdiz və güləşlə məşğul olmağa başladız?
- Bildiyiniz kimi, mən Qazax rayonunun Kosalar kəndində doğulmuşam. Güləşlə məşğul olmağa da elə orda başlamışam. Uşaq ikən çox hiperaktiv idim. 6-7 yaşım olanda bizim kəndimizdə olan güləş müəllimi Tariyel Nəsibov atama demişdi ki, məni məşqə gətirsin. İlk vaxtlar məşqçi deyirdi ki, mənim məşqə bütün tapşırıqları yerinə yetirməyim vacib deyil, elə oynayıb başımı qata da bilərəm. Səhhətimdə də bir az problemlər var idi. Ona görə də evdəkilər narahat idilər, istəmirdilər ki, mən güləşlə məşğul olum. Amma həkimlər də bildirdilər ki, güləşlə məşğul olmağımda problem yoxdu, yavaş-yavaş məşqlərə başlaya bilərəm. Beləcə güləşə ilk addımlara başladım. Amma həmin vaxt nə Tariyel müəllimin, nə də valideynlərimin ağlına gəlməzdi ki, mən peşəkar idmançı olacam. Sırf sağlamlığımın qeydinə qalmaq, fiziki hazırlığımızı möhkəmlətmək üçün məşqə gedirdim. Sonra gördülər ki, mənim potensialım var. Bakıya köçdüm, Olimpiya-İdman Ehtiyatları Litseyinə qəbul olundum. Bir növ bundan sonra peşəkar şəkildə, intensiv məşq etməyə başladım. Yeniyetmələr yığmasına dəvət aldım və beləcə güləşçi həyatım başladı. Az əvvəl dediyim kimi, Tariyel Nəsibovu özümə ilk müəllim sayıram.



- Nə vaxtsa fiziki yorğunluq, ağır məşqlər sizdə tərəddüd yaradıbmı? Yolun yarısından qayıtmağı düşünmüsüzmü?
- Təbii ki, ağır məşqlər insanı haldan-hala salır, çətinlik çəkirsən. Bəzən elə olur ki, bədəninin bütün hissələri ağrayır. Hesab edirəm ki, bütün peşəkar idmançılarda bu cür tərəddüdlər olur. Vacibdi ki, həmin ağrılara təslim olmayasan, əzmkarlıq göstərəsən ki, o ağrılara qalib gəlib, daha yüksək nəticələr qazanmağı bacarasan. Hər bir işdə enişli-yoxuşlu günlər olur. Əsas odu ki, həmin o ağrıya-acıya baxmayasan və məqsədinə çatmaq üçün səylə çalışasan. Düşünürəm ki, mən bunu bacarmışam.

- İndiyə qədər qazandığınız hansı mükafat daha çox yadınızda qalıb? Demək olarmı ki, bütün məqsədlərə çatmısız?
- Bütün nəticələrim mənim üçün əziz, unudulmazdı. Amma sözsüz ki, 2010-cu ildə Moskvada dünya çempionu olmağımı fərqləndirməliyəm. Onda heç 20 yaşım tamam olmamışdı, 19 yaşım var idi. Dünya çempionu adını qazanmağın nə demək olduğunu hələ dərk etmirdim. Bir növ uşaq idim, obrazlı desəm, gözüqanlı idim. Bəlkə də, məsuliyyəti dərk etsəydim, həmin nəticəni verə bilməzdim. Güləşdə dünya çempionu olmaq heç də asan iş deyil. Sevinirəm ki, mən belə bir nəticəyə imza atmışam. Yox, deyə bilmərəm ki, bütün məqsədlərimə çata bildim. Bu gün məşqçi işləsəm də, bəzi məqamlar yadıma düşəndə halım pisləşir. Elə vaxt olur ki, maşınla yol gedərkən nəyisə xatırlayıram, gözlərim dolur, ağlayıram. Heyf ki, istədiyim bütün nəticələri əldə edə bilmədim. Böyüklər arasında Avropa və dünya çempionatlarında səkkiz medal qazanmışam. Amma bunları da kifayət saymıram. 3-4 dəfə Avropa və ya dünya çempionu ola biləcəyim vəziyyətlərdən dönmüşəm. Bunun da səbəbkarlarını çox axtarmamışam, sadəcə, qismət beləymiş. Ən böyük arzum Olimpiya çempionu olmaq idi. Bunu söz olsun deyə demirəm. Həyatımın məqsədi idi. Günü bu gün də özümə sual verirəm ki, niyə Olimpiya çempionu olmadım. Məşqçilərim də bunu təsdiqləyər. Mən yetərincə öz rejimimə diqqət edən, məşqlərə can qoyan idmançı olmuşam. Düşünürəm ki, Allahın qisməti belə imiş. Bununla da məşqçi kimi məşqlərə daha çox can yandırıb, öz yetirmələrim arasında Olimpiya çempionu yetişdirməyimə vəsilə olub. Ondan sonra özümdə təskinlik taparam ki, mən çempion ola bilmədim, amma yetirmələrim bunu bacardı. Hətta bir yox, bir neçə çempion yetişdirmək istəyirəm. Güləşə gələn idmançıların da əksəriyyəti kasıbın balaları olur. Missiyam da o uşaqlara kömək etməkdi. Qoy o uşaqlar Azərbaycan bayrağını ucalara qaldırsın, həm də öz həyatlarını qursunlar.

Həsən Əliyev: “Günü bu gün də özümə sual verirəm ki, niyə Olimpiya çempionu olmadım”


- Güləşlə məşğul olmaq sizin təhsil almağınıza mane olubmu? Ümumiyyətlə, güləşlə məşğul olmaq təhsilə əngəl yaradırmı?
- Nə qədər gizlətsək ki, bunu etiraf etməliyik. Bizim peşəkar idmanla məşğul olan idmançılarımız təhsilə ayırmağa vaxt tapmırlar. Gün olur ki, güləşçilər üç dəfə məşq edirlər. Belədə təhsilə ayırmağa da vaxt qalmır. Amma heç də demək olmaz ki, güləşçilər tam olaraq təhsildən uzaq düşürlər. Çünki vaxt tapdıqca onlar da özlərinə uyğun təhsil alır, ədəbiyyatlar oxuyurlar. Nəticə verən idmançılara İdman Akademiyasında şərait yaradıb, güzəşt edirlər. Bununla belə düşünürəm ki, idmançı özü də əlavə dil kurslarına, yaxud da ikinci təhsilə diqqət ayırmalı, zaman tapmalıdı. İdmandan uzaqlaşandan sonra daha çox asudə vaxt olur. Belədə hansısa dil kurslarına, yaxud da təhsil almağa zaman ayırmaq mümkündü.

- Gənc güləşçilərə, onların valideynlərinə nə demək istərdiz? Onlar daha çox nəyə diqqət etməlidilər?
- Öz tələbələrimizə də daim bunu deyirik. İdmançı özünə qarşı çox tələbkar olmalıdı, əzmkar olmalıdı. Rejimə mütləq riayət etmək lazımdı. Loru dillə desəm, güləşçi tutduğunu qoparmağı bacarmalıdı. Bir idmançıda bu yoxdusa, o idmançı istədiyi nəticəni qazana bilməz. Mənim güləşdə 25 ilə təcrübəm var. Ona əsasən də bunları deyirəm. Güləşçi fikirləşməməlidi ki, mən məşqimi etdimsə, ondan sonra istədiyim kimi gəzə bilərəm. Belədə nəticə əldə etmək olmaz. Həyatında idmandan başqa heç nə olmamalıdı. Valideynlər də bu istiqamətdə uşaqlarına dəstək verməli, onları düzgün istiqamətə yönəltməlidilər. Həmişə ətrafıma da demişəm. Uşağın fikrinə də qulaq asmaq lazımdı. Uşaq futbolla məşğul olmaq istəyirsə, onu məcbur güləşə gətirmək olmaz. Uşaq həm təhsildə, həm də idmanda öz seçimini etməlidi. Çünki istək və əzmkarlıq uşağın gələcək həyatı üçün önəmlidi. Məcburiyyətdən güləşə gələn uşaqda uğur qazanmaq üçün motivasiya olmur, bir-iki məğlubiyyətdən sonra uşaq həvəsdən düşür. Bir də ki, valideynlər məşqçinin işinə qarışmamalıdı. Hər şeyi məşqçinin öhdəsinə buraxmaq lazımdı. Bəzən o həddə çatır ki, valideynə deyirəm ki, biz burda məşqçi deyiliksə, gedək, siz gəlib məşq keçin. Məşqçilərə etimad göstərmək, onlara öz düşüncələrini həyata keçirmək üçün imkan və dəstək vermək lazımdı.

İLKİN SULTANLI


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə

11-09-2022, 23:0

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi” – LAYİHƏ

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

Layihə / Manşet

14-08-2022, 22:0

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

Layihə / Manşet

31-07-2022, 23:0

Təhmasib İsayev: “Klublar idmançıları öz öhdəsinə götürməlidi ki, valideynlərə və federasiyaya yük düşməsin” - LAYİHƏ

Aktual
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Son xəbərlər
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Dünən, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Dünən, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Dünən, 12:20
    Parisi tərk edəcək
  • Dünən, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Dünən, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Dünən, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Dünən, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə