"Benfika"nın yarımmüdafiəçisi Enzo Fernandeş klubu tərk edə bilər.
Football-plus.az xəbər verir ki, o, Avropanın aparıcı klublarının diqqətini çəkib. "Real" və "Liverpul" Argentina millisinin üzvü ilə müqavilə bağlamaqda maraqlıdı. Lakin Portuqaliya klubu ilə danışıqlara başlamayıblar.