Kudus "Ayaks"dan ayrılmaq niyyətindədi

12.12.2022 20:15 294
Dünya futbolu
"Ayaks"ın yarımmüdafiəçisi Məhəmməd Kudus klubu tərk edə bilər.

Football-plus.az xəbər verir ki, o, qış transfer pəncərəsində Amsterdamı tərk etmək istəyir. 22 yaşlı futbolçuya iddialılar arasında İngiltərə, Fransa və Almaniya klubları da var. Kudus özü premyer-liqada oynamaq istəyir. Qanalının "Ayaks"la müqaviləsi 2025-ci ilə qədərdi.