• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Ölkə futbolu / Manşet

4-12-2022, 14:0

Noyabrın 20-də start götürən 22-cü dünya çempionatı artıq 14 gündü davam edir.

İki həftəyə yaxındı bütün azarkeşlərin diqqəti Fars körfəzinin sahilində yerləşən, adambaşına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən biri sayılan Qətərə dikilib. Təşkilatçılıq baxımından hələ ki hər şey qaydasındadı, ərəblər qaz pullarının hesabına səhrada oazis yartmağı bacarıb ki, bunu heç kim dana bilməz. 32 yığmanın sərgilədiyi oyuna gəlincə, açığı, mundual bu yöndə bizi təəccübləndirməyib. Ola bilsin, ayrı-ayrı qarşılaşmalarda tərəflərdən hansısa sürət, dinamika, əzmkarlıq nümayiş etdirməklə diqqət mərkəzinə düşüb. Ancaq ümumilikdə Qətərdə qarşıdakı illər üçün futbolun hansı istiqamətdə inkişaf edəcəyinə dair siqnal ala bilmirik. Qrup oyunlarında heç ön plana çıxan, mundialın kəşfi kimi qəbul ediləcək futbolçu da yoxdu. Təsadüfi deyil ki, “Sabah”ın baş məşqçisi Murad Musayev “Turan Tovuz”la oyundan sonra mətbuat konfransında dünya çempionatı ilə bağlı sualı cavablayarkən “çalışıram çox matç izləyim. Ancaq geridə qalan oyunlarda heç biri yeni tendensiya görməmişəm” söylədi.

Onun sözündə həqiqət var. Qətərdə keçirilən dördilliyin futbol bayramında ən çox diqqəti çəkən, geniş müzakirələrə yol açan məqam yeni texnologiyaların tətbiqidi. VAR sistemi əvvəlki illərdə Çempionlar Liqası, Avropa Liqası kimi mötəbər klub turnirlərində sınaqdan keçirilsə də, heç vaxt bu qədər müzakirə mövzusu olmamışdı. VAR-ın tətbiqi bir tərəfdən meydanda haqq-ədalətin qorunmasına xidmət edirsə, digər tərəfdən futbolun romantikasına ağır zərbə vurur. Təsəvvür edin, futbolçu fərqlənir, sevincdən yerə-göyə sığmır, komanda yoldaşlarının təbrikini qəbul edir. Qola sevinən azarkeşlər bir neçə saniyənin içində az qala dəlilik həddinə çatır. Ancaq bir neçə dəqiqədən sonra məlum olur ki, fərqlənən futbolçu oyundankənar vəziyyətdə olub. Və ya foldan bir neçə dəqiqə sonra ədalət təmsilçisi oyunu saxlayıb əvvəlki epizodda qaydanın pozulduğunu bildirir ki, bunu da azarkeşlər aqressiv qarşılayır. Çox maraqlıdı ki, yeni texnologiyanın tətbiqi sayəsində Qətərdə tükü tükdən seçən hakimlər nədənsə, Portuqaliya – Qana, Argentina – Polşa qarşılaşmalarında şübhəli penalti qərarları ilə yadda qaldı. Çoxlarının fikirincə, şübhəli penaltilər daha çox Kriştiano Ronaldo və Lionel Messi üçün hesablanan qərar idi. Təbii ki, bunlar təsdiqini tapmayan ehtimallardı. Ancaq istəsək də, istəməsək də, yeni tətbiqlər artıq futbolun ayrılmaz hissəsinə çevrilib, hər nə qədər romantikanın öldüyünü desək də, yeniliklərlə barışmalıyıq. Artıq oyunlar da 90 dəqiqə yox, bəzən 100, 110 dəqiqə davam edir ki, bu da mundialın dünya futboluna bəxş etdiyi yeniliklərdən biridi.

Görəsən, mütəxəssislər bu barədə hansı fikirdədi? Yeni texnologiyalar futbola nə verəcək – gözəlləşdirəcək, yoxsa eybəcərləşdirəcək? Bu suala cavab tapmaq üçün Tahir Süleymanovun fikirlərini öyrənməyi lazım bildik:

“Həyat, futbol sürətlə inkişaf edir və texnologiyalar əsrində bundan yan keçmək mümkün deyil. Texnologiya deyəndə təkcə VAR sistemi anlaşılmamalıdı. Müasir stadionlar, bazalar, ideal təbii ot örtükləri, geyim dəstləri, tibbi ləvazimatlar, vitaminləşmə, oyunların elektron təhlil imkanları və s. Adi topun dərisində 30-dan çox komponentdən istifadə edilir. Hər bir məsələnin ətraflı təhlili üçün problemin səbəbləri, nədən qaynaqlandığı müəyyənləşdirilməlidi. FİFA və UEFA günün tələbləri ilə uyğunlaşmağa çalışır, yarışların təşkilində, sistemin özündə, qaydalarda dəyişikliklər edilir, komandaların sayı artırılır, kateqoriyalara bölünür. “Oyun qaydaları”ndakı yeniliklər bəzi hallarda uğurlu alınır, bəzən də futbola ziyan vurur. Futbolda ən ağrılı, məsuliyyətli, mübahisələr doğuran sahələrdən biri, birincisi hakimlikdi. İdarəçilik problemlərinin kökündə əsasən 2-3 önəmli amil dayanır. Qaydalardakı təbii boşluqlarla yanaşı, hakimlik futbolda tam peşəkar status daşımayan yeganə sahədi. Uzun illərdi hakimlik böyük futbolda havadan asılı vəziyyətdə qalıb və məşqçilər, futbolçular üçün yaradılan şəraitin, hüquqi, faktiki təminatın heç 5-10 faizi referilərə yaradılmayıb. Digər səbəbi birbaşa FİFA, UEFA və milli federasiyaların məqsədli addımları olub, hakimlər bilərəkdən asılı vəziyyətdə saxlanılıb. Vaxt itirilib və hakimliklə bağlı düzgün istiqamət götürülməyib. Zaman keçdikcə dünya futbolunda idarəçilik problemləri daha qabarıq üzə çıxmağa başladı. Artıq 3-4 yox, saysız-hesabsız kameralarla müxtəlif rakurslardan matçlar yüksək keyfiyyətlə ekrana gətirilir, jurnalistlər, ekspertlər, azarkeşlər tərəfindən daha ətraflı müzakirələrə çıxarılır. Əvvəllər FİFA və UEFA videogörüntüləri qəbul etmir, əsas saymırdısa, təpki göstərilirdisə, hazırda monitorlar ekran kənarına gətirilib. Meydandakı hakimlərin idarəçilik bacarığı üzərində çalışmaq əvəzinə, beynəlxalq qurum milyonlarla dollar xərcləyərək VAR sisteminə üstünlük verdi. Bu proses eyni dərəcədə paralel addımlamalıydı, texnologiya ilə yanaşı, hakimlərin peşəkar inkişafı da təmin olunmalıydı. Təsəvvür edin, dünyada hakimlik sənəti ilə bağlı günün tələblərinə cavab verən vahid təhsil, məktəb sistemi mövcud deyil. Mövsümdə 2-3 dəfə təşkil olunan seminarlarla istənilən səviyyədə keyfiyyət artımını təmin etmək mümkünsüzdü. Hakimlərdən tələb isə maksimumdu”.


Süleymanov VAR sisteminin müsbət və mənfi tərəflərini qabartmağı da unutmadı:
“VAR sisteminin tətbiqinin obyektivliyə müəyyən mənada köməyi dəyirsə, eyni zamanda şablon xırdalıqlara çox aludəçilik var. Tək penalti qərarları yox, ofsayd anlayışında absurd addımlar atılır və futbolun ruhu, baxımlılığı, emosiyası, adrenalini əlindən alınır. Mənasız ofsayd yenilikləri futbolçuların meydanda əlavə güc, enerji sərf etməsiinə zəmin yaradır. Müasir futbolun sürətini, fiziki yüklənmələri nəzərə alsaq, bu yolverilməzdi. Millimetlərlə ofsaydın ölçülməsi heç bir məntiqə sığmır və "futbolun gözəlliyi qoldu" prinsipinə də ziddi. Niyə bunlar baş verir? Çünki texnologiyanın, VAR sisteminin "gücü" ancaq topun xətti keçib-keçməməsində, oyundankənar vəziyyətlərdə özünü tam göstərə bilir. Penaltilərin, qırmızı vərəqələrin verilməsində kompüter acizdi, "xətkeş" işə yaramır, qarşında 100 monitor, bir o qədər də referi əyləşsin, əksər hallarda yekdil fikrə gəlinə bilməz. Bunun günahı hakimlərdə yox, qaydalarda olan təbii boşluqlardadı. "Oyun qaydaları"nın tam texnoloji çərçivəyə salınması utopiyadı. Ekran qarşısında son söz yenə insan amilinə aiddi. Qaydalarla yanaşı, hər bir yarışın, qarşılaşmanın öz ruhu, ağırlıq, məsuliyyət dərəcəsi var. Şablon yanaşma ilə bunlar tənzimlənməz. Qaydalar çərçivəsində hər epizoda hakim yanaşması, obyektivliyin qorunması ilə verilən qərar oyunun axarını pozmamalıdı. Dünya çempionatında tətbiq edilən son modern texniki imkanlar bir daha sübut edir ki, hakimlik problemləri nəinki aradan qaldırılmayıb, yumşaq desək, yanlış qərarlar yetərincədi. Əvvəl tək referi idisə, indi kabinet "idarəçiləri" də əlavə olunub. Təbiidi, yeni sistemdi, axtarışlar, eksperimentlər gedir. Bunlar böyük həssaslıqla, futbolun müsbət, mənfi tərəflərini öncədən müəyyənləşdirməklə həyata keçirilməlidi. Yersiz yeniliklər, fasilələr futbolun gözəlliyinə, ritminə, cazibədarlığına zərbə vurmamalıdı. Aşırı robotlaşma futbolu uçuruma apara bilər... VAR sistemi ilə birgə verilən bir çox hakim qərarı haqlı olaraq azarkeşlər arasında narazılıqla qarşılanır. Haqsız qərarlarla bağlı mübahisə və müzakirələr bitməyəcəkdisə, yeni tədbiq edilmiş sistemə inam itəcəkdisə, bu qədər vəsait xərcləməyə, futbola xələl gətirməyə nə ehtiyac var idi?! VAR sistemi o vaxt effektli ola bilər ki, futbola zərgər dəqiqliyi ilə yanaşılsın, futbol məmurları, səlahiyyət sahibləri özlərini robot təfəkküründə aparmasın, sünilikdən qaçsınlar, futbolun təbii baxımlılığı qorunsun. Əks təqdirdə qarşıdakı oyunlarda, yarışlarda daha böyük fəsadlarla üzləşəcəyik”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

DÇ 2026

12-08-2022, 09:0

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Aktual / Manşet

5-11-2022, 17:0

İTV əməkdaşlarını Qətərə göndərəcək?

Aktual / Günün xəbəri

26-11-2022, 13:0

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Ölkə futbolu / Yazarlar

27-11-2022, 15:0

Diqqəti Qətərdən ayıranda... - KÖŞƏ

DÇ 2026

17-11-2022, 11:0

Dünya kuboku Qətərə gətirildi

İdman

12-05-2022, 22:0

Dünya çempionatı ilk dəfə Azərbaycanda

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 113
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə