Dünya çempionatı ilk dəfə Azərbaycanda

12.05.2022 22:26 672
İdman
İlk dəfə Azərbaycanda Taekvondo üzrə dünya çempionatı keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

2023-cü ildə Bakıda keçiriləcək mundialın dəqiq tarixi hələlik açıqlanmayıb.

Sayca 26-cı dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq.