Noyabrın 20-də Qətərdə futbol üzrə dünya çempionatı start götürəcək.
Football-plus.az xəbər verir ki, bu dəfə də yarışı ölkəmizdə İTV vasitəsiylə canlı izləmək mümkün olacaq. Maraqlıdı, telekanalın mundialla bağlı planları necədi? Qətərə əməkdaş göndəriləcək? Oyunları şərh etmək üçün əlavə şərhçilər dəvət olunacaq?
Bu suallara cavab tapmaq üçün İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq:
“Hələ ki bununla bağlı dəqiq məlumat yoxdu. Öz şərhçilərimizin olacağı məlumdu. Biri Tural Dadaşovdu. Digəri gənc şərhçilərimizdən Əhməd Əliyevdi. Premyer-liqanın oyunlarında şərhçilik edib. İlk dəfə dünya çempionatının şərhçisi olacaq. Bir də Ürfan Məmmədli. Daha öncə AÇ-2020-nin oyunlarını şərh etmişdi. Adı çəkilənlərin Qətərə yollanıb-yollanmayacağı hələ bilinmir. Əlavə şərhçilərin götürüləcəyinə gəlincə, bu məsələ də dəqiqləşməyib”.
ŞAİR ABDULLA