Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrılıb.
Football-plus.az xəbər verir ki, ulduz bu haqda fikirlərini bölüşüb. O, düşüncələrini sosial media hesabında paylaşıb:
“Mançester Yunayted”lə dialoqdan sonra müqaviləyə vaxtından əvvəl xitam verməyə razılaşdıq. “Mançester Yunayted”i və bu klubun azarkeşlərini sevirəm. Bu, həmişə belə olacaq. Ancaq hiss edirəm ki, mənim üçün yeni çağırış axtarmağın vaxtı çatıb. Komandaya mövsümün ikinci hissəsində və gələcəkdə uğurlar arzulayıram”.