İtaliya yığmasının DÇ-2022-nin final mərhələsində oynamaması Arriqo Sakkinin turnirə marağını əsla azaltmayıb.
Football-plus.az xəbər verir ki, bu komandanın sabiq çalışdırıcısı Qətərdə keçirilən mundial haqda fikirlərini belə açıqlayıb:
“İlk dəfə dünya çempionatını 1954-cü ildə izləmişəm. 8 yaşım vardı, evdən futbol oyununun göstərildiyi televizorunolduğu bara qaçmışdım. Onda Koçiş, Puşkaş və Hideqkutinin sıralarında olduğu möhtəşəm Macarıstan yığması vardı. Mən indi də dünya çempionatını cuşa gələn uşaq kimi böyük həvəslə izləyirəm. Qətərdə bir oyunu da buraxmayacağam”.