Dünya çempionatını buraxacaq

17.11.2022 21:50 358
DÇ 2026
Bartlomey Dronqovski böyük bəxtsizliklə üzləşib. O, dünya çempionatı ərəfəsində zədələnib.

“Spetsiya”nın qapıçısı İtaliya çempionatının “Verona” ilə oyununda (2:1) topuğundan ciddi zədə alıb. Artıq Dronqovskinin Polşa yığmasına DÇ-2022-nin final mərhələsində kömək edə bilməyəcəyi məlum olub. Onun zədəsinin bərpası üçün bir neçə ay tələb olunur.