Dünya çempionatının oyunları İctimai TV-də

28.09.2022 21:45 2 009
DÇ 2026
Dünya çempionatını yayımlayacaq kanal müəyyənləşib.

Bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə dünya çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq.

Mundial 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq.