2023-cü ildə keçiriləcək Asiya Kubokuna evsahibliyi edəcək ölkə müəyyənləşib.
Football-plus.az xəbər verir ki, bu məlumatı Asiya Futbol Konfederasiyasının (AFK) rəsmi saytı yayıb.
Qitə çempionatı gələn ilin yayında Qətərdə təşkil olunacaq. Əslində turnir iyunun 16-dan iyulun 16-na qədər Çində keçirilməliydi. Lakin təşkilatçı ölkə mayın 14-də bu hüququndan imtina etmişdi. Buna əsas kimi isə Çinin bir çox vilayətlərində epidemioloji vəziyyətin ağır olması göstərilmişdi.
Xatırladaq ki, Qətər bu il keçiriləcək dünya çempionatına da evsahibliyi edəcək. Mundial noyabrın 20-də start götürəcək və dekabrın 18-də sona çatacaq.