"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "The Sun" nəşrinə qalmaqallı müsahibə verib.
Football-plus.az xəbər verir ki, superulduz klubun ona xəyanət etdiyini söyləyib. “Mançester Yunayted” isə yaranan vəziyyət ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, hücumçunun ittihamlarındakı bütün faktlar nəzərdən keçiriləcək. Yalnız bundan sonra ona cavab veriləcək. Həmçinin, klubun bütün diqqətini birliyin qorunmasına yönəltdiyi deyilib: