"Mançester Yunayted" Ronaldonu komandadan kənarlaşdırdı

20.10.2022 22:03 429
Dünya futbolu
"Mançester Yunayted" premyer-liqanın 12-ci turunda "Tottenhem"i məğlub edib - 2:0.

Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonu meydana buraxmayıb. Superulduz buna qəzəblənərək matç bitmədən stadiondan ayrılıb.

Hadisənin ardından klubun mətbuat xidməti bu haqda məlumat yayıb. Portuqaliyalının komandanın heyətindən kənarlaşdırıldığı bildirilib:

"Kriştiano Ronaldo şənbə günü "Çelsi"yə qarşı keçiriləcək matçda komandanın heyətində olmayacaq. Oyunçuların qalan hissəsi bütün diqqətini həmin qarşılaşmaya hazırlaşmağa cəmləyib".