Rusiyanın məşhur “Match TV” telekanalı “instaqram” profilində maraqlı paylaşım edib.
Belə ki, səhifənin hekayə bölməsində sorğu keçirilib: “Rusiya çempionatında oynamış ən güclü azərbaycanlı futbolçu kimdi?”. 1/8 finaldan başlayan sorğunun qalibləri izləyicilərin səsverməsi ilə müəyyənləşib.
1/8 final
Ruslan Abışov – Nazim Süleymanov 41:59
Deni Qaysumov – Mahir Şükürov 51:49
Əlbəyi Quliyev – Filip Ozobiç 49:51
Qurban Qurbanov – Emin Mahmudov 54:46
Vaqif Cavadov – Məhəmməd Qurbanov 63:37
David Qarayev – Lev Mayorov 71:29
Vəli Qasımov – Ramil Şeydayev 35:65
Dmitri Kramarenko – Narvik Surxayev 64:36
Beləcə, Nazim Süleymanov, Deni Qaysumov, Filip Ozobiç, Qurban Qurbanov, Vaqif Cavadov, David Qarayev, Ramil Şeydayev və Dmitri Kramarenko növbəti mərhələyə yüksəlib. Ardıcıl olaraq 1/4 final və yarımfinalda isə yarışı tərk edən digər adlara aydınlıq gəlib:
1/4 final
Deni Qaysumov – Nazim Süleymanov 47:53
Filip Ozobiç – Qurban Qurbanov 40:60
Vaqif Cavadov – David Qarayev 57:43
Ramil Şeydayev – Dmitri Kramarenko 51:49
yarımfinal
Qurban Qurbanov – Nazim Süleymanov 57:43
Vaqif Cavadov – Ramil Şeydayev 49:51
Həlledici qarşılaşma isə “Qarabağ”ın baş məşqçisi və forvardı arasında keçirilib. Qurban Qurbanov – Ramil Şeydayev duelinin qalibi 50 yaşlı mütəxəssis olub – 55:45.
İSMAYIL XEYRULLAYEV