«Real» hücumçusunu komandada saxlayacaq.
Football-plus.az xəbər verir ki, “kral klubu” Kərim Benzema ilə müqaviləsini 2024-cü ilə qədər uzadacaq. Bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.
Mətbuatda yayılan xəbərlərə görə, Benzema 2022-ci ildə “qızıl top”un sahibi olacaq.