Florentino Peres məhkəmədə qalib gəlib.
Football-plus.az xəbər verir ki, “Real”ın prezidentinin danışıqlarının səs yazısını yayan “El Confidencial” qəzetinə qarşı iddiası qəbul olunub.
Yerli mənbələrin xəbərinə görə, Peresin ifadələri əks olunan səs yazıları 2021-ci ilin iyulunda yayılıb. Səs yazılarında Peres Kriştiano Ronaldonu və Visente Del Boskeni “axmaq”, Raul və İker Kasilyası isə “dələduz” adlandırıb. Lakin bu səs yazıları köhnə olub, məsələn, sonuncusu 2012-ci ilə aid idi. Peres məhkəmədə qələbənin onun üçün pul qazanmaq fürsəti deyil, prinsipial məsələ olduğunu göstərmək məqsədi ilə qəzetdən rəmzi olaraq 1 avro tələb edib.
Madrid məhkəməsi qəzeti şərəf və ləyaqətinin müdafiəsi hüququnu pozduğuna görə Peresə bir avro ödəməyə və birbaşa ona aid olan hər hansı audio materialı yaymağı dayandırmağa məcbur edən qərar çıxarıb.