“Real”, “Barselona” və “Yuventus” növbəti mövsümə Amerika qitəsində hazırlaşır.
Football-plus.az xəbər verir ki, Avropa nəhəngləri ABŞ-da keçirilən “Soccer Champions Tour 2022”də iştirak edirlər.
Fürsətdən istifadə edən “Real”, “Barselona” və “Yuventus”un prezidentləri ABŞ-da birgə nahar ediblər. İspaniyada çıxan “Mundo Deportivo” qəzetinin məlumatına görə, Florentino Peres, Xuan Laporta və Andrea Anyelli arasında görüş Las Veqas şəhərindəki “Four Seasons” otelində baş tutub. Qeyd edək ki, bu funksionerlər Avropa Superliqası layihəsindən əl çəkməyib və turnirin gec-tez reallaşacağına ümid edirlər.