3-cü dəfə ilin ən yaxşı idmançısı seçildi

11.10.2022 12:52 355
Dünya futbolu
David Alaba Avstriyada hamını arxada qoyub: “Real”ın futbolçusu ölkəsində ilin ən yaxşı idmançısı seçilib.

Football-plus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi avstriyalı pilot, Formula 1 üzrə üçqat dünya çempionu Niki Laudinin adını daşıyan “Niki Mükafatı”nı qazanıb. Alaba karyerasında üçüncü dəfə (daha əvvəl 2013 və 2014-cü illərdə) Avstriyada ilin idmançısı olub. O, 8 dəfə isə Avstriyanın ən yaxşı futbolçusu seçilib.

Bu dəfə səsvermədə Pekin-2022 Olimpiya çempionları xizəkçilər Mattias Mayer və Yohannes Strolzu qabaqlayan David ötən mövsüm “Real”la Çempionlar Liqasının və La Liqanın qalibi olub.