Məhşur italiyalı aparıcı Dileta Leotta yenə diqqət mərkəzinə düşməyi bacarıb.
Football-plus.az xəbər verir ki, gözəlliyi ilə seçilən və ''instaqram''da 8,4 milyon təqibçisi olan 31 yaşlı bu xanım bu gün ÇL-də baş tutacaq ''Bavariya'' – ''Barselona'' oyunu ilə bağlı maraqlı fikir səsləndirib. Sosial şəbəkədə paylaşım edən Leotta bu komandalar arasında oktyabrın 26-da ''Nou Kamp''da baş tutacaq ikinci oyuna lüt gələcəyinə söz verib! Amma bunun üçün ''Barsa'' bu günkü qarşılaşmada ən azı 3 top fərqi ilə qalib gəlməlidi.
Leottanın bu açıqlaması qısa müddətdə populyarlaşaraq futbolsevərlərin böyük marağına səbəb oldu. Amma xanım aparıcı marağın hədsiz dərəcəyə çatdığını gördükdən sonra bununla bağlı paylaşımını sildi. Bu üzdən onun vədinə əməl edib-etməyəcəyi bilinmir.