2022-ci ilin ən yaxşı bombardirləri siyahısı açıqlanıb.
Football-plus.az xəbər verir ki, cədvəldə ilin ilk 7 ayı ərzində bütün yarışlarda ən çox qol vuran futbolçular yer alıb.
İFFHS-in cədvəlinə ən azı 17 dəfə fərqlənən 57 oyunçu daxil edilib.
Siyahıya “Fluminense”nin argentinalı forvardı German Cano başçılıq edir. O, 7 ay ərzində 29 qol vurub.
Kilian Mbappe 27, Kərim Benzema isə 25 topla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşır.
“Qarabağ”ın üzvü Kadi Borges də siyahıya düşüb. Braziliyalı yarımmüdafiəçi il ərzində rəqib qapılarından ümumilikdə 19 top keçirib. O, hazırda dünyada ilin ən məhsuldar 17-ci futbolçusudu.
Qeyd edək ki, Kadi siyahıda adları olan tanınmış simalar arasında Pablo Sarabia, Vissam Ben Yedder, Erlinq Holann, Son Hın-Min, Harri Keyn, Mussa Dembele, Pedro, Lautaro Martines, Darvin Nunyes, Andre-Pyerr Jinyak kimi ulduzları qabaqlayır.